İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


03.12.2018  19:36 

Alimlər qadın orqanizmindən kənarda cift yetişdiriblər





A+  A-

Tədqiqatçılar insan ciftinin hüceyrələrindən üçölçülü ciftəbənzər orqanoid yetişdirməyi bacarıblar. Əsl cift kimi bir neçə hüceyrə qatlarından ibarət olan bu yeni kəşf hətta hormonlar əmələ gətirir. “Nature” jurnalında dərc olunan məqaləyə görə, “sınaq şüşəsindəki cift” laboratoriyada qadın orqanizmi ilə embrion arasındakı qarşılıqlı təsiri öyrənməyə, həmçinin dölün inkişafında pozuntuların və hamiləliklə bağlı patologiyaların tədqiqində yekun qərar verməyə kömək olacaq.
Eşli Moffetin rəhbərliyi ilə Kembric Universitetinin tədqiqatçıları gel matritsanın içində genetik cəhətdən stabil olan üçölçülü orqanoid (trofoblast) yetişdiriblər. Bu orqanoid hamiləliyin ilk üç ayında olan ciftin funksiyalarını yerinə yetirməyə qadirdir. Alimlər sübut ediblər ki, bu cür mini orqan laboratoriya şəraitində uzun müddət ərzində (1 ilədək) qala bilər və hüceyrələri yeni matritsalara təkrar əkməklə onu “artırmaq” mümkündür.

“Sınaq şüşəsindəki cift”in yetişdirilməsi üçün müəlliflər donor materialını bir neçə qadının cift hüceyrələrindən götürərək xüsusi matriksə yerləşdiriblər. Bundan başqa, alimlər matriksdəki hüceyrələrin bölünməsini və təbəqələşməsini təmin edən hormonların və inkişaf amillərinin uyğun kombinasiyasını seçərək, inkişaf mühiti üçün çoxsaylı variantlar axtarıblar.

Yekunda alınan orqanoidin analizi göstərib ki, o, matritsada hüceyrənin iki əsas populyasiyası ilə əsl narıntüklü trofoblast formalaşdırıb. Bunlardan biri uşaqlığın endometriyası və analıq arteriyaları ilə qarşılıqlı təsirdə olan narıntüklü qatdır, digəri isə maddələr mübadiləsi və hormon məhsuldarlığına cavab verən ekstra sintsitiotrofoblast hüceyrələrdir. Mini orqanın, həmçinin hormonların məhsuldarlıq bacarığına da malik olması aşkarlanıb. O, sidik vasitəsilə hamiləliyi müəyyən edən ekspress-testlərin əsasını təşkil edən horionik qonadotropini sintezləşdirir. Hormonun məhsuldarlığının təsdiq olunması üçün müəlliflər hətta bu test vasitəsilə mini ciftin böyümə mühitini təhlil ediblər. Testin nəticəsi uğurlu alınıb. (AZƏRTAC)

Xəbər 975 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +