İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


30.11.2018  14:25 

Qanun dəyişdi - Azərbaycanda işsizlərə 12 ayadək əlavə pul ödəniləcək





A+  A-

"İşsizlikdən sığorta fondunun büdcəsinin 50 faizdən çoxu vətəndaşların məşğulluğunun təmin edilməsinə yönələcək”.
XəzərNews.az xəbər verir ki, bu sözləri millət vəkili Hadı Rəcəbli Milli Məclisdə "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcə layihəsi haqqında” qanun layihəsi barədə məlumat verərkən deyib.

İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, sığorta fondunun böyük hissəsi işsizlik probleminin həllinə yönəlib.

"Peşə hazırlığı qarşımızda duran əsas vəzifələrdəndir. Bununla yanaşı qanun layihəsi işsizlikdən sığorta mexanizmi də dəyişir. İşdən azad edilən şəxslərin 3, 6, 9 ay və ya 1 il müddətində ödənişlərin edilməsi üçün 11 milyon manat ayrılacaq. Bu mexanizm bu il tətbiq edilir, gələn il də davam etdiriləcək. Fonda ayrılan vəsait məşğulluq problemlərinin həllində böyük dəstək olacaq”.

"Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il dövlət büdcəsi haqqında” qanuna ikinci oxunuşda dəyişiklik nəticəsində orqanın büdcəsinin xərcləri daha 310 milyon manat artırılıb.

Xəbər 1285 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +