İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


07.09.2018  17:34 

“Nar”-dan sosial şəbəkələrdə üstün müştəri xidmətləri





A+  A-

“Nar” sosial media vasitəsilə öz abunəçilərinə müştəri xidmətləri göstərən ən böyük yerli telekommunikasiya şirkətlərindən biridir.
XəzərNews.az xəbər verir ki, mobil operatorun abunəçiləri sosial şəbəkələrdən istifadə etməklə bir çox xidmətlərdən (tarifin dəyişilməsi, internet paketin artırılması, yeni xidmətlərə abunə olma və ya abunəliyin dayandırılması, nömrələr üzərində əməliyyat, gələn zənglər və mesajlar haqqında ətraflı məlumat, telefon, ruter və digər cihazların ayarlarının sazlanması, texniki problemlərin həlli, endirim kampaniyaları, keçirilən müsabiqə və tədbirlərdə iştirak və s.) yararlana bilirlər.

Sorğuların 25%-i ilk dəqiqədə, qalan müraciətlərin 83%-i isə ilk 10 dəqiqə ərzində cavablandırılır. “Nar” abunəçiləri “Facebook”, “Twitter” və “Instagram”, eyni zamanda, elektron poçt və onlayn-çat vasitəsilə öz suallarını ünvanlayır və qısa müddətdə cavab alırlar. Ümumi müraciətlərin 81%-i “Nar”-ın “Facebook” səhifəsinə gəlir.

Abunəçilər, bir qayda olaraq, hər hansı bir sual yarandıqda çağrı mərkəzinə müraciət edirlər. Lakin “Nar” abunəçilərinə alternativ olaraq mobil operatorun sosial media səhifələrində də yüksəkkeyfiyyətli xidmət göstərilir. İstifadəçiləri maraqlandıran suallar qısa müddət ərzində mobil operatorun sosial media komandası tərəfindən cavablandırılır. Abunəçilər vaxtlarına qənaət edərək istənilən zaman və məkanda “Nar” məhsul və xidmətlərinə dair sorğularına ətraflı cavab ala bilirlər. Bunun üçün onlayn müştəri xidmətinə müraciət etmək yetərlidir.

Qeyd edək ki, rominqdə olan abunəçilər də “Nar”-ın bu unikal fürsətindən faydalanırlar. “Nar” öz abunəçilərinin ünvanladığı müraciətləri operativ şəkildə cavablandırmağa davam edir.

Mobil operatorun müştəri xidmətləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan artıq abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Xəbər 1059 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +