İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


13.08.2018  15:37 

Oksana 1 ildir evli olduğunu açıqladı





A+  A-

Rəqqasə Oksana Rəsulova bir müddətdir ki hamilə olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, o, bununla bağlı instagram səhifəsində fikirlərini izləyiciləri ilə bölüşüb.

Rəqqasə qeyd edib ki, aylardır haqqında yazılan fikirləri sosial şəbəkələrdən izləyib: “Səhhətimə zərər verməmək üçün bir müddət izləməməyi qərara aldım. Lakin görürəm ki, susduqca mövzu da çoxalır. Mən illərdir Azərbaycan səhnəsində çalışan, karyeramda uğurlarımı Hindistana qədər aparan bir qadınam. Çoxlarının dediyi kimi, həm də gözəl qadınam. Bunları ona görə qeyd edirəm ki, bir az reallıqları da unutmayaq. Məlumdur ki, şəxsi həyatda istədiyim xoşbəxtliyi əldə edə bilməmişdim. Bu da mənim üçün bir növ həyat dərsi oldu. Hazırda xoşbəxtəm, məni sevən, anlayan insanla artıq 1 ildir ki, həyat yoldaşıyıq. Həyatımda şəxsi olan hər şeyi gizli yaşamağa söz vermişəm. Əminəm ki, sevənlərim mənə haqq qazandıracaq. Məni sevənləri sevirəm, bilirəm ki, nəhayət həyatımda əldə etdiyim xoşbəxtliyə onlar ürəkdən sevinir. Qaldı ki, ana olmağımla bağlı xəbərlərə, bunun doğru olub-olmadığı zaman içində bilinəcək. Mənə şəxsi həyatla bağlı danışmağı qadağan ediblər, yaradıcılıqla bağlı kimə nə maraqlıdırsa, cavab verməyə hazıram”.

Xəbər 1483 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +