İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


04.08.2018  18:53 

Avropaya kokain göndərən azərbaycanlı tutuldu





A+  A-

İnterpol tərəfindən beynəlxalq axtarışa verilmiş Emil Xəlilov Azərbaycana ekstradisiya olunub.
XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ukrayna baş prokurorunun müavini Yevgeni Yenin məlumat verib.

Azərbaycanlı “narkobaron” Ukraynada saxta sənədlərlə yaşayıb və mütəşəkkil cinayətkar qrupa rəhbərlik edib:

“Xəlilov Ukraynada saxta sənədlərlə yaşayıb və “vaxtını boş yerə itirməyib”. Cənubi Amerikadan Avropaya narkotik daşıyan cinayətkar qrupa rəhbərlik edib. Bu yaxınlarda E.Xəlilov status qazanıb və “vor zakon” olmağa can atır”, - deyə Yenin bildirib.

Ukrayna Milli Polisi başçısının birinci müavini Vyaçeslav Abroskin özünün “Facebook” səhifəsində yazıb ki, saxlanılmış şəxs “vor zakon”ların fəaliyyəti ilə bağlı vacib ifadələr verib:

“Deyə bilərəm ki, saxlanılan şəxs Ukrayna mənşəli “vor zakon”ların cinayətkar fəaliyyəti ilə bağlı çox vacib ifadələr verib”.

Xəbər 1301 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +