İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


25.07.2018  13:43 

Avropa azərbaycanlıları niyə deportasiya edir?..





A+  A-

Dövlət Miqrasiya Xidmətinin son hesabat tədbirində qurumun rəisi Vüsal Hüseynov Azərbaycan vətəndaşlarının xarici ölkələrdən deportasiya olunması məsələsinə toxunub. Bildirib ki, son 6 ay ərzində Azərbaycan Respublikasının 206 vətəndaşının readmissiyası həyata keçirilib.
Maraqlıdır, niyə azərbaycanlılar üz tutduğu ölkələrdən deportasiya olunur?

Bunun səbəbləri nədir?

XəzərNews.az bildirir ki, Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri Azər Allahverənov məsələ ilə bağlı Modern.az-a açıqlama verib.

Qaçqın statusu almaq niyə müşkülə çevrilib?

“Xaricə üz tutan azərbaycanlılar arasında bir qismi var ki, onlar həmin ölkədə qaçqın statusu almaq və bu statusla yaşamaq istəyirlər. Təxminən 10 il bundan qabaq müraciət edənlərn 7- 8%-i qaçqın statusu ala bilirdi. Sonra isə bəlli məsələlər baş verdi. Almaniya və digər Avropa ölkələri güclü qaçqın axınına məruz qaldı. Nəticədə, xüsusən də hərbi münaqişələrin baş verdiyi ölkələrdən gələn insanların siyahıdan çıxarılmasına və təxirə salınmasına başlanıldı. Hətta münaqişə bölgələrindən olmayan şəxslərin müraciətlərinə sərt yanaşılmağa başlanıldı”.

“İnsanlar deportasiya olunmaq istəmədikdə isə...”

Azər Allahverənovun sözlərinə görə, bəzi hallarda azərbaycanlılar arasında deportasiya olunmaq qərarına qarşı çıxanlar da olur.

“Son 2-3 ilin statistikasına nəzər salsaq görərik ki, digər ölkələrdən müraciət edənlərin təxminən 2-3%-nə müsbət cavab verilir. Bu o deməkdir ki, 95% müraciət edən şəxslərdən imtina edilir. Təbii ki, imtina cavabı verildikdə həmin şəxslərin tək yolu qalır... O da həmin ölkəni tərk etmək... Təbii, onların böyük əksəriyyəti ölkəni tərk etmək niyyətində olmur. Orada qalmaq, qeyri-qanuni əmək fəaliyyəti ilə məşğul olmaq istəyirlər. Statuslarına görə qeyri-qanuni miqranta çevrilirlər. Məsələn, azərbaycanlıların ən çox üz tutduğu ölkə arasında Almaniya dayanır. Bir neçə dəfə bəzi həmyerlilərimizin sənədləri saxta olduğundan Azərbaycana deportasiya edilmək qərarı çıxarılıb. Amma həmin qərara qarşı azərbaycanlılar intihara belə əl atıblar. Təbii, bu cür hallar doğru deyil. Belə olan halda Azərbaycanla Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında saziş var. Bu saziş çərçivəsində Avropa İttifaqının ərazisində aşkar olunan qeyri-qanuni miqrantlar öz ölkəsinə qaytarılır. Təbii ki, qaytarılmazdan öncə, Azərbaycana həmin şəxslərlə bağlı müraciətlər göndərilir. Azərbaycan tərəfi həmin müraciəti dəyərləndirir. Ola bilsin ki, həmin şəxsin sənədlərində müəyyən problemlər var, ya da heç sənədləri yoxdur. Əgər Azərbaycan tərəfi həmin şəxslə bağlı müsbət cavab verdikdə readmissiya sazişi çərçivəsində qeyri-qanuni əsaslarla ölkə ərazisində yaşayan şəxs Azərbaycana qaytarılır. Digər bir qism insanlar var ki, çoxsaylı hökumət qurumlarına müraciətlərə əhəmiyyət verməyərək ölkə ərazisində qalmağa üstünlük verirlər. Müxtəlif bəhanələr gətirirlər. Belə olduqda həmin ölkənin hüquq-mühafizə orqanları daha sərt addımlar atmaq məcburiyyətində qalırlar. Həmin addımlar ondan ibarətdir ki, qapını döyüb həmin şəxsi mühafizə altında maşınla hava limanına gətirib təyyarəyə mindirirlər. Yəni təyyarə vasitəsilə deportasiya edirlər, öz ölkəsinə qaytarırlar”.

Xəbər 1527 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +