İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


02.07.2018  11:09 

Dünən 20 nəfəri gün vurub





A+  A-

Havaların isti keçməsi ilə əlaqədar may ayından iyulun 1-dək Bakı Şəhər Təcili Tibbi Yardım Xidmətinə günvurma diaqnozu ilə 49 nəfər müraciət edib.
Səhiyyə Nazirliyindən XəzərNews.az-a daxil olan məlumata görə, Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə günvurma şikayəti ilə müraciət edən şəxslərin 21-nə ambulator yardım göstərilib 28 -nə isə orta dərəcəli günvurma diaqnozu qoyularaq stasionar tibb müəssisələrinə yerləşdirilib. Müraciət edənlərin hər birinə lazımi tibbi yardım göstərilib, müvafiq müalicə tətbiq edilib evlərinə buraxılıb.

Müraciət edən 49 nəfərdən 32-i orta yaşlarında kişi , 4-ü azyaşlı, 9 qadındır. Aralarında ağır və həyati təhlükəsi olan olmayıb. Hospitalizə profilaktik məqsədlə tətbiq edilib.

Dünən isə 20 müraciət qeydə alınıb.

Əsasən baş ağrısı və halsızlıq simptomları ilə özünü büruzə verən gün vurma halları ilə müraciət edən vətəndaşların müraciətləri Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətində qeydiyyata alınır və nəzarətə götürülür.

Vətəndaşlardan günvurmadan qorunmaq məqsədi ilə günorta vaxtlarında acıq havada çox olmamaq, qoruyucu vasitələrdən istifadə etmək, kifayət qədər sərin maye qəbul etmək tövsiyə olunur. Hətta yüngül dərəcəli günvurma halları olduqda vətəndaşın durumuna nəzarət məqsədi ilə ərazi poliklinikasına müraciət etməsi məsləhət olunur.

Qeyd edək ki, dünən Bakıda və Abşeron yarımadasında bütün instrumental müşahidə dövrü ərzində (120 il) rekord temperatur göstəricisi qeydə alınıb.

Xəbər 1169 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +