İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


29.06.2018  15:37 

Oqtay Əsədov deputata sual verdi: “Siz inanırsınız ki, kimsə istefa verəcək?”





A+  A-

“Bu dəyişikliklər hakimlərin müstəqilliyinə xidmət edir, lakin problemlər tam həll etmir. Məhkəmələr haqqında qanun yenidən işlənməsini dəfələrlə təklif etmişəm”.
XəzərNews.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin iclasında “Məhkəmələr və hakimlər haqqında”qanuna dəyişikliklərə münasibət bildirərkən deyib. O bildirib ki, hakimlərin 5 ildən bir qiymətləndirilməsi hakimlərin müstəqilliyinə ciddi şəkildə ziyan vurur:

“Bizdə hər 5 ildən bir hakimlərin fəaliyyəti qiymətləndirilir, peşəkar çatışmazlıq aşkar ediləndə hakim vəzifəsindən kənarlaşdırılır. Bu gün təklif edilən dəyişiklikdə onlara bir şans daha verilir. Hakimlər xüsusi tələblərlə seçilir, onlara qarşı müəyyən tələblər var. Bu mənada peşəkar çatışmazlığı olan hakimin olması halları məhduddur. Hakimlər mülki, cinayət işlərinə baxanda hər hansı qanunu pozanda prokuror, müdafiə tərəfi müdaxilə edə bilir”.

Q.Həsənquliyev qeyd edib ki, 5 ildən bir qiymətləndirmə hakimləri asılı vəziyyətdə saxlayır.

“Bu məsələ ləğv edilməlidir. Hakim qanunu pozanda ondan şikayət verilmə hüququ qanunla tənzimlənir. Vəzifə səlahiyyətindən istifadə etmə, özünü pis aparmasına görə, saxtakarlıq kimi hallarda da vəzifəli şəxs kimi məsuliyyətə cəlb edilir. Yalnız cinayət törədəndə onun məsuliyyətə cəlb edilməsini qanuna daxil etməliyik. BMT tələblərinə uyğun olaraq hakimlər ömürlük təyin olunanda və vəzifənin icrası ilə bağlı müəyyən yaş həddi olanda müstəqil olurlar. Bizdə 68 yaşdı və hesab edirəm ki, bu artırılmalıdır. Onsuz da hakim işləyə bilmədiyini görəndə istefa verəcək. Ölkəmizdəki hakimlərin mövcüd problem hakimlərin müstəqilliyi, əməkhaqqının az olmasıdır”.

Milli Məclis sədri Oqtay Əsədov bildirib ki, hakimlərin öz istəyi ilə istefa verməsi gözlənilən deyil:

“Siz inanırsınız ki, kimsə istefa verəcək?”.

Xəbər 888 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +