İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


28.04.2018  10:08 

Salyanda ağır qəza - İki nəfər həlak oldu + VİDEO





A+  A-

Salyan rayonunda “Mercedes” markalı minik avtomobili ilə “KAMAZ” markalı yük avtomobili toqquşub.
XəzərNews.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Muğan Regional Mərkəzin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxışmış vəziyyətdə qalmış sürücü və sərnişinin cəsədlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

***

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Lənkəran sakini 42 yaşlı Zaur Fərzalı oğlu Hüseynovun idarə etdiyi 42 BU 105 dövlət nömrə nişanlı, mişar daşı yüklənmiş “KamAZ” markalı yük maşını Astara istiqamətində hərəkətdə olarkən ona əks istiqamətdə hərəkət edən 27 yaşlı Neftçala rayonunun Beşdəli kənd sakini Elmar Vəfadar oğlu Hüseynovun idarə etdiyi “Mercedes-C” markalı minik maşınına çırpılıb.

Toqquşma zamanı zərbə o qədər güclü olub ki, “Mercedes-C” iki hissəyə parçalanıb.

Minik avtomaşının bir hissəsində sıxılıb qalmış sürücünün və sərnişinin - Neftçala rayonunun Ərəbqardaşbəyli kəndinin 26 yaşlı sakini İlqar Əbil oğlu Abasovun cəsədləri hadisə yerinə gəlmiş FHN-in xilasediciləri tərəfindən çıxarılaraq, aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalara başlanılıb.


Xəbər 1170 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +