İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


17.04.2018  16:04 

Trampın səlahiyyətləri artırıldı





A+  A-

ABŞ-ın hər iki partiyasından olan senatorlar xaricdəki terroristlərə qarşı güc tətbiq etmə haqda qətnamənin yenilənmiş formasını Konqresə təqdim ediblər.
XəzərNews.az xəbər verir ki, bu barədə “TASS” Agentliyi məlumat yayıb.

Sənədə ediləcək yeni dəyişikliklər, 2001-ci ildən qüvvədə olan qaydaları dəyişir. Beləliklə prezident Donald Tramp xaricdə terrorist qruplaşmalara və onlarla əlaqəli qüvvələrə qarşı yeni müharibələrə başlamağa birbaşa səlahiyyətlər əldə edir.

Qeyd edək ki, qətnamənin 2001-ci il formasında bu növ müharibələr yalnız Konqresin razılığı ilə mümkün ola bilər. Bununla belə ABŞ prezidentinə Kanqresin razılığı olmadan (müzakirə olunmadan) digər dövlətlərə müharibə etmək hüququ verilmir.

Sənədin müəllifləri kimi Respublikaçılardan senator Bob Korker (Tenesi ştatı), Cek Fleyk (Arizona ştatı), Tod Yanq (İndiana ştatı), Demokratlardan isə senator Tim Keyn (Vircinya ştatı) və Bill Nelson (Flarida ştatı) çıxış ediblər.

Qeyd edək ki, prezidentə bu səlahiyyətlərin verilməsi haqda hələ 2014-cü ilin noyabrından eks prezident Barak Obamanın dövründən hazırlıqlar aparılıb.

Xəbər 958 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +