İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.02.2018  13:22 

Adil Vəliyev Milli Ordunun ərazisini işğal edib? - VİDEO





A+  A-

Sabunçu rayonunda torpaq alveri haqqında mediada xeyli yazılıb. İndi isə məlum olur ki, icra başçısının rəhbərliyi altında həyata keçirilən bu proses qarşısında heç Azərbaycan Ordusu da duruş gətirmir.
XəzərNews.az-ın xəbərinə görə, cumhuriyyet.az-a daxil olan məlumatda bildirilir ki, Kürdəxanı qəsəbəsində yerləşən «N» saylı hərbi hissənin həndəvərində təxminən 1 hektar ərazidə Sabunçu RİH başçısı Adil Vəliyevin xeyir duası ilə tikinti prosesinə başlanıb. Bildirək ki, sözügedən ərazi həqiqətən də hərbi hissənin balansındadır. Müdsafiə Naziri general Zakir Həsənov hərbi hissənin açılşına gəlib qayıdandan sonra orada tikinti işləri sürət götürüb.


Sabunçu İcra Hakimiyyətinə ünvanlanan rəsmi müraciətə cavab verilib ki, ərazi Abşeron rayonunun inzibati ərazisinə aiddir. İnşaat işlərini aparan fəhlələr isə əksinə, tikintinin icazəsinin məhz Sabunçu icra hakimiyyətindən alındığını bildirdilər. Maraqlıdır ki, Kürdəxanı qəsəbə icra nümayəndəliyi deyilən ərazidə nə baş verməsindən xəbərsiz olduğunu, amma buranın həqiqətən Abşeron rayonuna aid olduğunu bildirib. Amma apardığımız araşdırmalar sayəsində öyrəndik ki, sözügedən ərazi inzibati cəhətdən Abşeron rayonuna aid olsa da, Sabunçu RİH-nin idarəçiliyindədir və tikinti işlərinə də məhz Sabunçu rayon rəhbərliyi sərəncam verə bilər. Amma faktik olaraq ərazidə 30-40 sot sahə hasara alınıb. Maraqlıdır, Sabunçu RİH belə icazə sərəncamı vermirsə, icazə verməni qanunsuz sayırsa, bəs tikintinin qarşısını niyə almır? Yaxud, qarşısının alınması üçün hansı tədbirləri görməyə çalışıb? Bəlkə rayon rəhbərliyi baş verənlərə göz yummaqla gözləyir ki, tikinti başa çatsın, sonradan sənədləşdirmə işləri həyata keçirilsin? Görəsən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin, Müdafiə naziri cənab Zakir Həsənovun hərbi hissənin ərazisinin zəbt edilməsindən xəbərləri varmı? Əcəba, o həndəvərlərdə tikilib ucaldılan obyektlərin sahibləri, gələcək qonaqları yuxarıdan aşağı baxacaqları hərbi hissəni ovuclarının içi kimi görməyəcəklərmi? Kim zəmanət verə bilər ki, onlar gördüklərini faş etməyəcəklər? Axı belə hal potensial düşmənə, casusa, terrorçuya da hərbi hissəyə yaxınlaşmaq fürsəti verə bilər. Bütün bu suallar açıqdır. Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Xəbər 1585 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +