İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


07.02.2018  13:29 

Parlamentdə əlil narazılıqları gündəmə gətirildi





A+  A-

“Mənzil Məcəlləsinin qəbulundan xeyli vaxt keçsə də, onun icrası, əlillərin növbədənkənar mənzillərlə təmin edilməsi məsələsi ilə bağlı Nazirlər Kabineti tərəfindən heç bir addım atılmayıb”.
XəzərNews.az-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edən Çernobıl Əlilləri Cəmiyyətinin sədri Mirhəsən Həsənov deyib.

O qeyd edib ki, qanunun qəbulu ilə yanaşı, onun icrası da, işləkliyi də çox vacibdir.

“Amma çox təəssüflər olsun ki, bəzi qanunların qəbulu mümkün olsa da, onların icrası, işləkliyi bəzən mümkün olmur.

Xüsusilə də, Mənzil Məcəlləsi ilə bağlı məsələdə ciddi problemlər var. Məcəllə qəbul olunsa da, onun icraya yönəldilməsi, tətbiqi barədə hələ də Nazirlər Kabineti tərəfindən heç bir addım atılmayıb. Bu isə əlillərə ciddi problemlər yaradır”.

“Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev deyib ki, əlillərə verilən pulsuz dərmanların keyfiyyətindən narazılıq var.

“Ən təhlkükəli xəstəliklərdən biri də vərəm xəstəliyidir. Son vaxtlar bu məsələ yenidən gündəmə gəlib. Amma vərəmə qarşı imtiyazla verilən dərmanlar heç də bu xəstəliyi müalicə etmir, sadəcə, prosesi müəyyən qədər ləngidir. Hesab edirəm ki, ölkəmiz həmin xəstələri sağalda biləcək dərmanları ala biləcək gücdədir”.

Mehdi Mehdiyev deyib ki, yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsində aidiyyatı orqanların qanunların icrasından boyun qaçırmalarının, nöqsanlara yol verilməsinin qarşısını almaq üçün bəzi dəyişikliklər edilməlidir.

“Bununla onlara təsir olmalıdır. Hazırki layihədə isə məsələyə ümumi toxunulub”.
Komitə sədri Hadi Rəcəbli isə deyib ki, qanunların icra etməməyə görə cəzalar nəzərdə tutulub, sadəcə, həmin cəzaları sərtləşdirmək lazımdır.

Xəbər 894 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +