İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


05.02.2018  17:09 

Nazirlikdən “Getcontact” XƏBƏRDARLIĞI: Şəxsi məlumatlar ələ keçə bilər





A+  A-

“GetContact” adlanan mobil tətbiqetmə telefona yükləndikdən sonra “Telefon nömrəsi” və “Facebook” hesabı ilə proqramda qeydiyyatdan keçmək tələb olunur.
Qeydiyyatdan sonra “GetContact” istifadəçinin kontaktlarına və mesajlarına daxil olmaq üçün icazə istəyir. Giriş icazəsinin verilməsi istifadəçinin kontaktında olan nömrələrin müəyyən bazalarda saxlanılması və üçüncü tərəfə ötürülməsi deməkdir”.

Bu barədə XəzərNews.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu da gələcəkdə mobil nömrəyə spam mesajların, arzuolunmaz zərərli kontentin daxil olmasına, şəxsi məlumatlarınızın bədəməllərin əlinə keçməsinə gətirib çıxara bilər.

“İstifadəçi tətbiqetmədə qeydiyyatdan keçməsə belə,onu telefonuna yükləyən şəxslərin kontaktında olan bütün nömrələr bazaya ötürülür. Bu həm də digər abunəçinin də hüquqlarının pozulmasına yol açır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elektron Təhlükəsizlik Xidməti bildirir ki, tətbiqetmənin quraşdırıldığı telefonlarda proqramın Tənzimləmələr (Settings) bölməsindən istifadəçiyə aid müvafiq hesabısilmək (remove account) mümkündür.

Daha sonra mobil nömrənin “GetContact” bazasından silinməsi üçün istifadəçi https://www.getcontact.com/en/unlist vebsaytında nömrəni“Unlist” bölməsində yazaraq siyahıdan çıxara bilər”-deyə bildirilib.

Xəbər 1019 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +