İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


25.12.2017  15:25 

Xaləddin İsgəndərovdan daha bir şikayət: ağaclar qırırlır, ərazi satılır, küçəyə giriş bağlanır - Fotolar





A+  A-

Binəqədi rayonu 9 mkr, Mir Cəlal 55 ünvanında yaşıllıqlara soyqırım təşkil olunub.
XəzərNews.az-a müraciət edən sakinlər bildiriblər ki, qeyd olunan ünvanda kiçik torpaq ərazisi hansısa işbazlar tərəfindən alınaraq obyekt tikilir.
Əməkdaşımzın ərazidə apardığı müşahidələr nəticəsində məlum olub ki, həmin ərazidən həm də yüksək gərginlikli elektrik xətti və su borusu keçir. Hər iki xətt dövlət büdcəsi hesabına bir neçə il bundan əvvəl dəyişdirilib.
Görünən odur ki, tikintiyə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovdan icazə alan işbazlar “Azərenerji” və “Azərsu” rəsmilərindən də razılıq əldə edərək həmin xətlərin yerini elə dövlətin büdcəsi hesabına təkrar dəyişdirməyə nail olublar.
Sakinlər qeyd edib ki, məhəlləyə giriş birtərəfli bağlanıb. Ağacların dibi qazılaraq yararsız hala gətirilib.
Qeyd edək ki, həmin ünvandan bir az kənarda yenə böyük bir ərazi hasarlanaraq tikintiyə hazırlanır.
Xatırladaq ki, bir neçə gün əvvəl Bakının 6-cı mikrorayon ərazisində yerləşən zeytun bağının bir hissəsi məhv edilib və həmin ərazidə tikinti işləri aparılır. Mətbuatda yayılan xəbərlərdən belə aydın olur ki, Heydər məscidinin yaxınlığında zeytun bağının bir hissəsinin məhv edilərək, yerində tikinti işlərinə başlanılması prosesinin arxasında birbaşa olaraq Binəqədinin icra başçısı Xaləddin İsgəndərov dayanır. Məhz icra başçısının birbaşa tapşırığı ilə əraziyə ağır texnika yeridilərək ağaclar məhv edilib, ərazidə tikinti işlərinə başlanılıb.




















Xəbər 2177 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +