İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


23.12.2017  13:56 

Suriyadan Türkiyə və ABŞ-a çağırış





A+  A-

Suriyanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Bəşər Cəfəri ABŞ və Türkiyəyə müraciət edərək, öz hərbçilərini ölkəsindən geri çəkməyi tələb edib.
XəzərNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, suriyalı diplomat Türkiyə və Amerika hərbçilərinin aqressiv olduğunu və mülki insanlara hücum etdiklərini iddia edib.

B.Cəfəri qeyd edib ki, hər iki ölkə qeyd-şərtsiz ordularını Suriyadan çıxarmalıdır. “Türkiyə və Amerika hərbçiləri aqressivdirlər. ABŞ isə bölgədəki hərbi qüvvələrini çıxarmaq niyyətində deyil”, - deyə diplomat bildirib. Rusiya prezidentinin Suriyadakı xüsusi nümayəndəsi Aleksandr Lavretyev də Amerikanın öz hərbi qüvvələrini bu ölkədən çıxarmalı olduğuna diqqət çəkib. Onun sözlərinə görə, ABŞ heç bir səbəb olmadan Suriyaya ordu yeridib və heç bir səbəb olmadan da ordusunu burada saxlayır: “Vaşinqtonun indiyədək bununla bağlı gətirdiyi əsasların hamısı absurddur. Bunların hamısı bəhanədir. Hesab edirik ki, ABŞ gecikmədən birləşmələrini Suriyadan çıxarmalıdır”.

Xəbər 1140 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +