İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


22.12.2017  09:37 

Facebook 25 ölkədə vergi ödəyəcək





A+  A-

Facebook sosial şəbəkəsi öz ofislərinin mövcud olduğu ölkələrdə yerli satış strukturlarını yaratmaq qərarına gəlib.
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən XəzərNews.az-a bildirilib ki, qurumun maliyyə direktoru Deyv Venerin sözlərinə görə, şəbəkə reklamlardan gələn bütün gəlirlərindən yerləşmə əsasında vergi ödəmək əvəzinə, vergiləri bu ofislər vasitəsilə ödəyəcək. Bununla da reklamlardan gələn gəlirlər dünyanın 25 ölkəsində vergiyə cəlb olunacaq.

Facebook bu qərara digər texnologiya nəhəngləri ilə birlikdə vergi planlaşdırılması vasitəsilə vergidən yayınmaqda ittiham olunandan sonra gəlib. “Biz hesab edirik ki, yerli satış strukturu bütün dünyada hökumətlər və siyasi dairələr üçün onların ölkələrindəki satışlarla bağlı şəffaflığı tam təmin edəcək”, -deyə Vener bildirib.

Onun fikrincə, bu qərarın həyata keçirilməsi əhəmiyyətli həcmdə resurs tələb edir. Buna baxmayaraq, şirkət vergi məsələlərində gələcəkdə problemlə üzləşməmək üçün təminat yaratmaq məqsədilə yeni “billinq” sisteminin tətbiqini mümkün qədər çalışır.

Yeniliklərə 2018-ci ildən başlanılması və 2019-cu ilin birinci yarısında bu prosesin tam başa çatdırılması gözlənilir.

Xəbər 917 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +