İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


13.11.2017  15:32 

Girov qoyulan evlər sökülür, banklar NARAHATDIR





A+  A-

Girov qoyulan evlərin plana düşərək sökülməsi kommersiya banklarında ciddi narahatlığa səbəb olub. Bu barədə "Azərbaycan Banklar Assosiasiyası"nda (ABA) ipoteka sistemi ilə bağlı son yeniliklərin müzakirəsi zamanı fikirlər səsləndirilib.
Məsələ ilə bağlı XəzərNews.az-a danışan iqtisadçı Vüqar Bayramov deyib ki, bankla müştəri arasında bağlanmış müqavilədə girov evlərin ev sahibindən asılı olmayan səbəblərdən sökülməsi hallarında tərəflərin öhdəlikləri müəyyənləşib:

“O baxımdan bu hal fors-major hal kimi qiymətləndirilir. Bağlanmış müqavilədə girovun əvəzlənməsi prosesi öz əksini tapmalıdır. Ev girovdursa və sökülürsə, prosesə iki tərəf nəzarət edir: ya dövlət, ya da özəl tikinti şirkəti. Bu zaman girovun əvəzlənməsi baş verməlidir. Amma kredit götürən şəxsin başqa girov təklif etmək imkanı yoxdur, sökülən binanın yerində yenisinin tikilməsi də uzun vaxt alır, bu halda müştəri və bank arasında yeni anlaşmanın imzalanmasına və ya dəyişiliklər edilməsinə ehtiyac var. Yeni inşa edilən binadakı mənzil bankda girov rolunu oynayır. Buna görə də müqaviləyə dəyişiklik edilməsi zərurəti yaranır”.

Ekspert bildirib ki, əgər sökülən evə görə kompensasiya ödəniləcək və vətəndaşa yeni binada mənzil verilməyəcəksə, bu halda müqavilədə nəzərdə tutulan şərtlər əsasında öhdəliklər müəyyənləşməlidir:

“Girovun ləğv edilməsi halında kreditin qaytarılması, yaxud öhdəliklərin girovsuz olaraq davam etdirilməsi nəzərdə tutula bilər. Bütün hallarda müqavilədə hansı müddəaların yer almasına diqqət etmək lazımdır. Əgər müqavilədə belə hal nəzərdə tutulmayıbsa, o halda tələblər bank və müştərinin razılığı əsasında müəyyənləşir. Digər tərəfdən, vətəndaş müqavilədə nəzərdə tutulan hala uyğun şəkildə öhdəliklərini yerinə yetirmirsə, bu halda bankın həmin müştərini məhkəməyə vermək hüququ var”.

Xəbər 1014 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +