İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


03.11.2017  14:25 

“Təbii fəlakətlərdə insan itkisi olmayıb” - Nazir





A+  A-

"Təbii və texnogen fəlakətlər kimi qaçılmaz qlobal təhlükələrə qarşı effektiv mübarizə mümkündürsə, Azərbaycan Fövqəladə Hallar Nazirliyi bu sahədə bütün təşəbbüslərə qoşulmağa hazırdır".
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, bunu fövqəladə hallar naziri, general - polkovnik Kəmaləddin Heydərov "Xəzər - 2017" beynəlxalq kompleks təlimi ilə bağlı keçirilmiş müşavirədə deyib.

"Bu gün təlimdə nümayiş olunan texnikalar Azərbaycan prezidenti cənab İlham Əliyevin böyük diqqət və qayğısı ilə alınaraq, cəmi 11 il öncə yaradılmış Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilib. Məhz bunların nəticəsində bu illər ərzində baş vermiş təbii fəlakətlərdə heç bir insan itkisi olmayıb. Düzdür, böyük sellər, zəlzələlər nəticəsində ölkədə dağılmış evlər, məhv olmuş ərazilər qeydə alınıb, amma bütün bu texnikaların sayəsində və Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin bilik və bacarıqları hesabına insan tələfatı olmayıb", - deyə nazir qeyd edib.

Xəbər 899 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +