İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


31.10.2017  11:17 

Güclü külək kəndləri işıqsız qoydu





A+  A-

Cənub bölgəsində əsən güclü külək Lerik və Masallı rayonlarına ciddi ziyan vurub.
XəzərNews.az-ın məlumatına görə, Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov Trend-ə açıqlamasında bildirib ki, külək əsasən rayonun elektrik enerjisi təsərrüfatına ziyan vurub: "Güclü külək nəticəsində elektrik dirəkləri aşıb, xətlər qırılıb. Oktyabrın 30-u axşam saatlarından rayonun əksər hissəsi elektrik enerjisiz qalıb. Lerikdə 100-ə yaxın yaşayış məntəqəsi işıqsız qalıb. Dünən gecə saatlarında şəhərə elektrik enerjisinin verilməsi bərpa olunsa da, kəndlər hələ də işıqsızdır. Hazırda "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşları kəndlərə elektrik enerjisinin verilməsi üçün təmir işləri aparır".

H.Məlikov bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Masallı rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı isə Trend-ə bildirib ki, hadisə nəticəsində rayonun mərkəzi və 40-dan artıq kəndi işıqsız qalıb: "Şəhər ərazisində elektrik enerjisinin verilməsi artıq bərpa edilib. Hazırda kəndlərin elektrik xətlərinin bərpası ilə bağlı tədbirlər görülür. Gün ərzində kəndlərə elektrik enerjisinin verilməsi bərpa ediləcək".

N.Muxtarlı bildirib ki, güclü külək rayon ərazisində 20-dən artıq irigövdəli küknar ağacını kökündən çıxarıb. Bir kəndin orta məktəbinin dam örtüyü tam yararsız vəziyyətə düşüb, digər bir kənd məktəbinin dam örtüyünə isə müəyyən qədər ziyan dəyib, bir evin üzərinə isə ağac düşüb".

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də faktı təsdiqləyib. O bildirib ki, güclü külək nəticəsində cənub bölgəsində elektrik enerjisi təsərrüfatına ziyan dəyib: "Dünən günortadan sonra bölgədə güclü külək başlayıb. Nəticədə iri gövdəli ağaclar elektrik xətlərinin üzərinə aşıb, elektrik dirəklərini aşırıb və xətləri qırıb. Dərhal "Azərişıq" ASC-nin operativ əməliyyat qrupu hadisə zonasına səfərbər olunsa da, gecə saatlarına qədər davam edən külək yaşayış məntəqələrinin elektrik enerjisinin bərpa edilməsinə maneçilik törədib. Gecə saatlarından əməkdaşlarımız təmir-bərpa işlərinə cəlb edilib. Hazırda ərazinin elektrik enerjisi ilə təmin edilməsi istiqamətində işlər davam edir".

Xəbər 874 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +