İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.10.2017  18:07 

“3 uşaqla vaqonda yaşayıram, onu da SOCAR əlimdən alır” - Gəmisini partladacağını deyən kapitan





A+  A-

Bir neçə gün əvvəl kapitanı olduğu gəmini partlatmaqla gündəmə gələn Elsevər Qəribovdan yeni xəbər var.
Kapitan BakuPost.az-la əlaqə saxlayaraq Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Yaşayış Ordubadidə yerləşən evinin Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi tərəfindən söküləcəyi ilə bağlı bu gün xəbərdarlıq bildirişi aldığını deyib. Qeyd edib ki, SOCAR mətbuata açıqlamasında şirkətə məxsus ərazilərdə tikilən qanunsuz evlərin sökülməsi ilə bağlı hər hansı iş getmədiyini bildirsə də, dəfələrlə onun yaşadığı yeri sökməyə çalışıblar: "Bu səhər gəlib, bildiriş gətiriblər. Bu ərazidə 22 min ev var. Amma yalnız bizim qaldığımız vaqonu yıxmağa çalışırlar. 220 kvadrat metr ərazidir. Torpağın sənədini almışam. İmkanımız olmadığı üçün ev tikə bilməmişik. Vaqonda yaşayırıq. O qədər tikilmiş ev qala-qala mənim vaqonumdan əl çəkmirlər. Bizim də yaşamağa başqa yerimiz yoxdur”.

E. Qəribov qeyd edib ki, ona bunun qarşılığında hər hansı kompensasiya ödənilmir: "Evi söküb, məni 3 uşaqla küçədə qoyub gedirlər. Hansısa kompensasiya ödənilməyəcək. Uşaqlarımla küçədə qalım? Özü də üçü də məktəbdə oxuyur. Dərslərindən geri qalacaqlar. Deyirəm ki, bu qədər ev var, bircə mənim vaqonumu sökməklə nə olacaq? Deyirlər, onların icazəsi var, sənin yoxdur. Get kimə istəyirsən şikayət et. Xəbərdarlıqda da qeyd olunub ki, bu ərazidə tikinti aparmağa icazə yoxdur. Mən də heç bir tikinti aparmamışam. Vaqonda yaşayıram. Sabah 30-40 nəfər adamla gəlib buranı sökəcəklərini deyiblər. Bilmirəm nə edim. Deyirəm üstümə benzin töküb, yandıracağam, deyirlər, özün bilərsən”.

Kapitan gəmisini partlatmaqla bağlı təhdidindən sonra işdən çıxarılıb-çıxarılmadığını da bilmədiyini deyib.






Xəbər 2449 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +