İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


13.10.2017  18:34 

Gürcüstanda yeni konstitusiya qəbul olundu





A+  A-

Gürcüstan parlamenti prezident Georgi Marqvelaşvilinin etirazlarına baxmayaraq ölkənin yeni konstitusiyasını qəbul edib.
XəzərNews.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, 117 deputatın lehinə səs verdiyi layihənin əleyhinə 7 deputat çıxıb. Müxalifətdəki “Vahid Milli Hərəkatı" partiyasının üzvləri isə parlament zalını tərk ediblər.

Digər tərəfdən, prezident Marqvelaşvili sentyabrda konstitusiya dəyişikliyini geri çevirərək 6 bənd üzrə öz etirazını bildirmişdi. Bu etirazlar arasında Gürcüstan prezidentinin birbaşa deyil, 300 nümayəndə tərəfindən seçilməsi, parlamentə partiyalar üçün keçid səddinin 5%-dən 3%-ə endirilməsi və s. var idi.

Müxalifət hesab edir ki, yeni konstitusiya hakim “Gürcü Arzusu” koalisiyasının hakimiyyətdə daha çox qalmasına xidmət edir.

Xəbər 937 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +