İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


29.09.2017  13:48 

“Dəmir kansler”dən XƏBƏRDARLIQ: Növbəti iqtisadi böhran gəlir





A+  A-

Böyük Britaniyanın keçmiş baş naziri Qordon Braun xəbərdarlıq edib ki, növbəti potensial maliyyə böhranı Asiyadan gələ bilər.
XəzərNews.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Braun bildirib ki, Asiya bankları “kölgə bankçılığı” olaraq bilinən formal tənzimləmə nəzarətinin subyekti deyil.

Eks baş nazir hesab edir ki, əgər böhran başlasa, borclarla bağlı problem yaşanacaq. Yəni maliyyə qurumları borcların müəyyənləşdirilməsi məsələsində çətinlik çəkəcək.

Qordon Braun G20 ölkələrinə çağırış edib və bildirib ki, onlar bütün maliyyə risklərini yaxından təqib etməlidir.

O həmçinin maliyyə qurumları, hökumət və banklar arasında iqtisadi risklərin araşdırılması, qiymətləndirilməsi üçün birgə nəzarət qrupunun yaradılmasını təklif edib.

Xatırladaq ki, 1997-2007-ci illərdə Britaniyanın maliyyə naziri vəzifəsində işləyən Qordon Braunu iqtisadiyyat sahəsində əldə olunan nailiyyətlərə görə "Dəmir kansler" adlandırmışdırlar.

O, 2007-2010-cu illərdə isə Böyük Britaniyanın baş naziri olub.

Xəbər 920 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +