İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


07.09.2017  14:38 

23 ildir öz evinə köçə bilmir - Problem





A+  A-

23 ildir ki, öz qanuni mənzilinə köçə bilməyən 68 yaşlı Rafiq Ağakişiyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən şikayətçidir.
XəzərNews.az-ın məlumatına görə, bu barədə “Qafqazinfo”ya müraciət edən R. Ağakişiyev qeyd edib ki, 1994-cü ildə 20 il mənzil növbəsində dayanandan sonra Bakı şəhəri Bakıxanov qəsəbəsi, S. Vurğun küç. ev 40/41 ünvanında mənzillə təmin olunub: “Amma evim olmasına baxmayaraq, 23 ildir ki, kirayədə qalıram. Çünki məcburi köçkünlər evimizi zəbt edib. Əlimizdə evin bizə aid olduğu sübut edən bütün sənədlər, hətta məhkəmə qərarı olduğu halda icraçılar buna əməl etmirlər. Dəfələrlə Qaçqınkomun sədri Əli Həsənovun qəbulunda olmuşuq. Deyiblər ki, qaçqınlar tezliklə mənzillə təmin olunacaq, siz də evinizə köçəcəksiniz. Amma bu vədə əməl edən yoxdur. Bu illər ərzində gözümün birini itirmişəm. Mübarizə aparmaqdan səhhətimdə ciddi problemlər yaranıb. İki yeniyetmə övladım da dünyasını dəyişib. 1 qızım qalıb. İstəyirik ki, heç olmasa o ömrünü bizim kimi kirayələrdə keçirməsin. Yoldaşım da artıq psixi problemlər yaşayır. İkimiz də pensiyaçıyıq. Elə olub ki, kirayə pulunu dostlardan almışıq. Ömrümüzün qalan hissəsini öz evimizdə yaşayıb orda ölmək istəyirik”.

Şikayətçi qeyd edib ki, onları qaçqınlarla qarşıdurmaya çəkmək istəyirlər: “Deyirlər ki, gedin öz evinizə, onları çıxardın. Belə problemi olan 20 ailəyik. Mübarizədən bezmişik. Əgər məsələ həll olunmasa, hər həftənin bazar günü piket keçirəcəyik”.

Xəbər 1538 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +