İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


22.08.2017  09:46 

Bakıda köhnə maşınların qiyməti qalxıb





A+  A-

İyul ayında maşın bazarında aktivlik çox aşağı səviyyədə olsa da, ikinci əl avtomobillərin qiymətində 10-15 faiz qiymət artımı müşahidə olunub.
XəzərNews.az bildirir ki, bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov deyib. Onun sözlərinə görə, bu artım iqtisadi qanunların əleyhinə olan bir amildir: "Baxmayaraq ki, bazarda tələb aşağı səviyyədədir, amma qiymət artımı baş verdi. Bazara çıxarılan avtomobillərin sayı çoxaldı, alıcı qıtlığı yaşandı, amma buna baxmayaraq qiymətlər qalxdı".

Ekspert hesab edir ki, bu hal risklərin dəyərləndirilməsi ilə bağlıdır: "Dolların qiymətində cüzi artım baş verir və insanlar da düşünürlər ki, avtomobili manatla satıb dollara çevirəndə az məbləğ edəcək. Ona görə də avtomobil satıcıları maksimum dərəcədə baha satmağı planlaşdırırlar. Ancaq bu qiymət artımı onsuz da alıcısı az olan bazara daha da mənfi təsir edir".

V.Hüseynov əlavə edib ki, yeni avtomobillərin qiymətində nəzərəçarpacaq artım müşahidə olunmayıb.

Xəbər 1346 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +