İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


02.08.2017  10:21 

Türkiyə Naxçıvana S-400 yerləşdirə bilər – Ermənistanı qorxuya salan şok AÇIQLAMA





A+  A-

Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri alması ilə bağlı danışıqlar aparması Ermənistanda da narahatlıq yaradıb.
Erməni analitik Stepan Safaryan bildirib ki, Trükiyə S-400 hava hücumundan müdafiə sistemlərini alsa, bunlardan birini Azərbaycana verə bilər.
“Bu mümkündür. Türkiyə Azərbaycana başqa ərazilərdə keçirilən hərbi əməliyyatlarda kömık edə bilməyəcəksə, Naxçıvanda bunu edə bilər. Və hava hücumundan müdafiə sistemlərini Naxçıvanda yerləşdirə bilər. Naxçıvan Azərbaycanın “Axilles dabanı”dır. Türkiyə tərəfindən bu sistemlər Naxçıvana yerləşdirilsə, bu, Yerevana təhdid olacaq”- Stepan Safaryan belə deyib.
Politoloq qeyd edib ki, Türkiyə S-400-ləri alsa bunlardan biri də Ermənistanla sərhəddə qurulacaq və Azərbaycanın xeyrinə istifadə ediləcək.
Onun sözlərinə görə, Azərbaycanla-Türkiyə arasında dərin hərbi əməkdaşlıq olduğu da nəzərə alınsa, bu, Ermənistanı narahat etməlidir.
Safaryan Rusiyanın S-400-ləri Türkiyəyə verməsinin Kremlin maraqlarına zidd olduğuna da diqqət çəkib.
“Tarix göstərdi ki, Rusiya Ermənistana üçünü etibarlı tərəfdaş deyil. Türkiyə isə Azərbaycanın antierməni siyasətinə qoşulub. Bunun özü də Rusiya maraqlarına qarşə yönəlib”
“Rusiya bu qədər əmindir ki, Türkiyəyə satılacaq S-400-lər onun maraqlarına, həmçinin Cənubi Qafqaz və Ermənistana qarşı istifadə edilməyəcək?
Qeyd edək ki, Rusiya ilə Türkiyə müdafiə nazirlərinin imzasından sonra S-400-lərin satışı ilə bağlı qüvvəyə minəcək bu razılaşmanın yerinə yetirilməsi iki mərhələdə olacaq.

2.5 milyard dollar qarşılığında alınacaq S-400-lərin birinci partiyası (2 ədəd) 2019-cu ildə Türkiyəyə veriləcək.

Bunun yerləşdirilməsindən sonra isə Türkiyə ilə Rusiyanın bu sistemi birgə istehsal edəcəyi gözlənilir.

Lakin bu müqavilənin konkret hansı tarixdə imzalanacağı bəlli deyil. Bununla belə, məlumdur ki, Türkiyənin ilkin mərhələdə əldə edəcəyi S-400-lərdən birinin bölüyündə 12 batareya var.

Dolayısı ilə alınacaq S-400-lər 24 batareya 96 uzaq mənzilli raketdən ibarət olacaq. Hər bölüyün isə ayrıca radar mərkəzləri olacaq.

(modern.az)

Xəbər 493 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +