İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.06.2017  16:10 

Elmlər Akademiyasında mənzil QALMAQALI





A+  A-

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) sosial məsələlərin həlli istiqamətində növbəti addım atılıb. Belə ki, Akademiyanın Rəyasət Heyətinin müvafiq qərarı ilə yaradılmış mənzillərin bölüşdürülməsi komissiyası işə başlayıb.
Bununla da 54 alimə ev verilib.

AMEA-da 54 alimə mənzil verilməsi məsələsi bir çox alimlərin narazılığına səbəb olub.

AMEA-da baş aparıcı mütəxəssis kimi çalışan alim Novruz Məmmədov açıqlamasında vəziyyəti belə izah edib.

“27 ildir ki, Akademiyada işləyirəm və yataqxanada yaşayıram. Kompüter sahəsi üzrə baş aparıcı mütəxəssisəm. Amma alimlərə ev verilməsi məsələsində siyahıdan kənarda qalmışam. Maraqlıdır ki, bir il işləyənə nədənsə ev veriblər, mənə yox”.

Novruz Məmmədov deyir ki, fakt odur ki, müqavilədə göstərilən şərtlər yerinə yetirilməyib.

“AMEA-nın yataqxanasında 118 ailə məskunlaşıb. 2012-ci ildə prezidentin sərəncamı ilə orada insanların şəraitini yaxşılaşdırmaq üçün 1 bloklu 16 mərtəbəli ev tikilməli idi. Amma vəziyyət dəyişdi. Akademiyanın rəhbərliyi ilə bağlanan müqaviləyə əsasən 1 bloklu yox, 4 bloklu oldu. Daha sonra 54 ailəyə mənzil verilib, 50-dən çox ailə isə evsiz qalıb.

Bu məsələdə insanların haqları qeyri-qanuni olaraq tapdalanır. Əsas narazılıq budur ki, digər alimlər hara getməlidir? Bu yeni mənzilin verilməsi yataqxanada yaşayan bütün alimləri əhatə etmir. Halbuki müqavilədə göstərilirdi ki, yataqxanada yaşayan alimlər və sakinlər yeni tikilən evlərə köçürülməlidir. Amma belə olmadı. Bir qrupa verilib bir qrupa yox. Fakt odur ki, müqavilədə göstərilən şərtlər yerinə yetirilməyib”.

(modern.az)

Xəbər 728 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +