İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


25.05.2017  14:56 

Əli Abbasova niyə vəzifə verildi?





A+  A-

Dünən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov AMEA-nın müşaviri təyin olunub.
XəzərNews.az xəbər verir ki, akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, bu təyinatı normal qarşılamaq lazımdır: “Əli Abbasovun AMEA-nın müşaviri təyin edilməsini normal qiymətləndirirəm. Çünki o, informasiya və kommunikasiya texnologiyaları sahəsində tanınmış mütəxəssisdir. Akademikdir və müəyyən nailiyyətləri var. Fikirləşirəm ki, bu sahə üzrə Elmlər Akademiyasında onun faydalı məsləhətləri ola bilər.

Digər tərəfdən Əli Abbasovun keçmişi, harada işləməsi və ya vəzifəsindən azad edilməsinin mənə aidiyyatı yoxdur. Onu mühakimə etməyə haqqım da yoxdur. Mən onu informasiya texnologiyaları sahəsində yaxşı mütəxəssis kimi tanıyıram. Düşünürəm ki, ona müşavir vəzifəsinin verilməsi Elmlər Akademiyasının işinə müsbət təsir götərəcək”.
Ramiz Məmmədov həmçinin qeyd edib ki, insanların keçmiş naziri mühakimə etməsi düzgün deyil: “İndi insanlar Əli Abbasovun əvvəlki fəaliyyətindəki mənfi tərəfləri görür. Amma bu insan həm də mütəxəssisdir axı. Eyni zamanda Əli Abbasov heç mühakimə də olunmayıb. Mən necə onu günahlandıra bilərəm?

Kiminsə də ixtiyarı yoxdur ki, məhkəmənin qərarı olmadan o şəxsi cinayətlə və ya başqa bir şeylə günahlandırsın. Son söz məhkəmənindir. Bu bizim işimiz deyil”.

Qeyd edək ki, Əli Abbasov 2004–2015-ci illərdə rabitə və yüksək texnologiyaları naziri vəzifəsində çalışıb. Prezidentin 12 noyabr 2015-ci il tarixli sərəncamı ilə tutduğu vəzifəsindən azad edilib. Əli Abbasov keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyində üzə çıxan irimiqyaslı korrupsiya və mənimsəmə faktlarından sonra vəzifədən kənarlaşdırıldı. Hazırda məhkəmədə həmin korrupsiya işi araşdırılır.

Xəbər 988 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +