İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.05.2017  12:54 

Hava pisləşəcək: külək, yağış, dolu





A+  A-

Mayın 20-nə olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, mayın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bəzi yerlərdə zəif duman olacaq. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub küləyi axşam arabir güclənən mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeronda gecə 14-16° isti, gündüz 21-26° isti, Bakıda gecə 14-16° isti, gündüz 23-25° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 755 mm civə sütununa enəcək.Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70% təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə, mayın 20-də Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişli olsa da, 21-də arabir güclənən xəzri küləyi bəzi insanlarda narahatlılıq hissi yarada bilər.

ETSN xəbərdarlıq edir ki, mayın 20-si gündüz şimal və qərb rayonlarından başlayaraq 22-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Xəbər 1368 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +