İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


04.05.2017  21:53 

Azərbaycanda ov turu üçün fantastik qiymət - VİDEO





A+  A-

Mayın sonlarından etibarən ov mövsümünə start veriləcək. Bəzi turizm agentlikləri bunu fürsət bilib öz xidmətlərini təklif edirlər. Bahalı turlar təşkil olunur. Bəs görəsən fərdi, yoxsa turla ova çıxmaq daha sərfəlidir?
XəzərNews.az Xezerxeber.az-a istinadən xəbər verir ki, turizm şirkətlərindən biri ov üçün 3 günlük tur təşkil etdiyini elan edib. Bakı-Mingəçevir-Bakı, Bakı-Quba-Bakı istiqamətinə ov səyahətinin qiymətləri də qoyulub. Bir nəfər balıq ovu üçün 500 manat, quş ovu üçün 2300 manat, dağ keçisi ovu üçün isə 7 min manata yaxın pul xərcləməlidir.

Xidmətə oteldə yerləşdirmə, qidalanma və ov ləvazimatları daxildir. Ova çıxmaq istəyənlər, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməli və lisenziya almalıdır. Ancaq həmin lisenziya xeyli ucuz olsa da, turun baha təklif olunması sual doğurur.

Turda iştirak edənlər, ov üçün bütün ləvazimatlarla təmin olunur. Turun bu qədər baha olmasının tüfəng kimi bahalı ləvazımatların təşkilinə görə olduğu zənn edilsə də, qaydalara görə ov üçün nəzərdə tutulan silahlar başqasına verilə bilməz.

Daha dəqiq desək tur təşkil edən agentlik turisti yalnız mövsümi ayaqqabı və geyimlə təmin edə bilər. Bıçaq və tilovdan başqa heç bir silahdan söhbət gedə bilməz. Şəxs, ov tüfəngi əldə etmək üçün müvafiq orqana müraciət etməlidir. Psixoloji vəziyyəti və sağlamlığı yoxlanıldıqdan sonra ona rəsmi sənəd təqdim olunur. Şəxs, yalnız bu sənəd əsasında ovçuluq mağazalarına yaxınlaşa və tüfəng əldə edə bilər.




Xəbər 869 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +