İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


01.05.2017  23:21 

Paytaxtın bəzi yollarda parklanmaya icazə verilməyəcək - VİDEO





A+  A-

Paytaxda elə yollar var ki, orada həm IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar "Oyunlar zolağı" çəkilib, həm də parkomat var. Sürücülər belə vəziyyətdə yolda tıxacın yaranacağını deyirlər. Çünki 3 zolaqdan biri hərəkətə bağlanacaq, digərində də maşın saxlanılsa, qalır 1 hərəkət zolağı. Bəs 'Oyunlar zolağı' olan yollarda parklanma müvvəqəti olaraq ləğv edilə bilərmi? Baş Dövlət Yol Polisi İdarəsindən məsələyə münasibət bildirilib.
Paytaxtda 3 zolaqdan birində "Oyunlar zolağı", digərində isə avtomobillərin park etməsi üçün dayanacaq var. Ancaq IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar mayın 5-dən 25-dək Bakıda "Oyunlar zolağı"nda digər nəqliyyat vasitələrinin hərəkəti qadağan ediləcəyindən sürücülər belə yollardan istifadə etməyə məcbur olacaqlar. Məsələn, belə yollardan biri metronun "Neftçilər” stansiyasından "Əhmədli” stansiyasına qədər olan yoldur. Bu yoldakı 3 hərəkət zolağından biri oyunlar zolağıdır. Yəni nəzərdə tutulan vaxtlarda digər nəqliyyat vasitələrinin daxil olmasına qadağan ediləcək, digər zolaqda isə parkinq mövcuddur.

Sürücülərin istəyi bu cür yollarda oyunlar keçirildiyi müddətdə parklanmanın ləğv edilməsidir.

XəzərNews.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev "Xəzər Xəbər”ə verilən məlumata görə, paytaxtda "oyunlar zolağı"nın keçdiyi bütün yollarda müvvəqəti olaraq parklanmaya icazə veriləməyəcək. Bütün bunlara da yol polisləri ciddi nəzarət edəcək. Hansı ərazidə dayanma və durmanın qadağan olduğu nişanın qoyulmasına ehtiyac varsa, orada da nişan qoyulacaq.

"Oyunlar zolağı"ına yalnız xüsusi buraxılışı olan və müvafiq loqolarla işarələnmiş nəqliyyat vasitələri daxil ola bilərlər. Digər nəqliyyat vasitələri bu zolağa daxil olduğu zaman 40 manat miqdarında cərimə ediləcək.


Xəbər 718 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +