İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


17.04.2017  19:52 

“Sovetski” sakinlərindən Prezidentə TƏŞƏKKÜR





A+  A-

“Sovetski” sakinləri Hacı Cavad məscidinin sökülməsinə qarşı çıxdığı üçün Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıblar.
XəzərNews.az xəbər verir ki, müraciətdə deyilir:

“Möhtərəm cənab Prezident.

Biz, Bakı şəhərinin keçmiş “Sovetski” adlanan məhəlləsinin bir qrup sakini Sizi dərin ehtiramla salamlayır, Zati-alinizə ən xoş arzularımızı yetiririk.

Nəzər-diqqətinizə çatdırmaq istərdik ki, Zati-alinizin Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi işinin dayandırılması və bunun ətrafında yaranan vəziyyəti araşdırmaq üçün komissiya yaradılması ilə bağlı tapşırıq verməsi dindarlar tərəfindən minnətdarlıqla qarşılandı. Göstərişinizlə yaradılan komissiyanın üzvləri bizimlə görüş zamanı bildirdilər ki, Sizin verəcəyiniz qərara uyğun olaraq məscid ya bərpa olunacaq, ya da ona yaxın ərazidə yenisi inşa ediləcək.

Zati-aliləri, diqqətinizə görə Sizə dərin təşəkkürlərimizi bildirir və Hacı Cavad məscidi ilə bağlı verəcəyiniz qərarın hər zamankı kimi, müdrik, humanist və xalqımız üçün xeyirlərə vəsilə olacağına əminliyimizi ifadə edirik.

Ali diqqətinizə çatdırmaq istərdik ki, Hacı Cavad məscidinin ibadət əhli hər zaman dövlətçiliyimizə sədaqətli, qanunlarımıza hörmət edən insanlardır. Birmənalı şəkildə bildiririk ki, Hacı Cavad məscidi ilə bağlı məsələdə qarşıdurma yaratmaq istəyənlər məscidimizdə namaz qılan, ibadət edən məhəllə sakinləri sırasından deyil. Bu, Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçirilməsi ərəfəsində müqəddəs dini dəyərlərimizi böyük ehtiramla həyata keçirilən misilsiz işlərə kölgə salmaq niyyətində olan daxili və xarici dairələrin təxribatından başqa bir şey deyildir. Müstəqil dövlətimizin uğurlarını gözü götürməyən bədxah dairələrin cidd-cəhdləri heç zaman bəhrə verməz, inşallah!

Biz, dindarlar Azərbaycanda, o cümlədən paytaxtımız Bakı şəhərində gedən genişmiqyaslı tikinti, yenidənqurma işlərini xalqımızın rifahı və daha rahat, müasir dövrün tələblərinə cavab verən səviyyədə yaşayışına xidmət edən tədbirlər kimi yüksək dəyərləndirir, nəfis şəkildə inşa olunan, böyük qayğı və məhəbbətlə bərpa edilən dini ibadət məkanlarına görə Sizə dərin minnətdarlığımızı bildiririk. Ümummilli liderimiz Heydər Əliyevin Bibiheybətdən başlatdığı mənəvi dəyərlərin dirçəldilməsi missiyasını ləyaqətlə davam etdirən Zati-alinizə, həmçinin dini-mənəvi abidələrə himayəsini əsirgəməyən ölkəmizin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya dindarların dərin minnətdarlıqlarını və ehtiramlarını yetiririk.

Zati-aliləri, Sizin rəhbərliyinizlə Azərbaycanın dünyada artan nüfuzu, iqtisadi, siyasi sahədə uğurlarımız, mənəvi liderliyimiz hər bir azərbaycanlı kimi bizim üçün olduqca dəyərlidir. Azərbaycan xalqının tarixi, milli-mədəni, dini-mənəvi irsinin dirçəlişinə göstərdiyiniz diqqət, maddi və mədəni yardım Uca Allaha xoş gedən məqamlardandır. Ölkəmizin hər yerində gedən quruculuq işlərinin miqyası və yüksək səviyyəsi bizləri sevindirir və biz bunları ürəkdən bəyənirik.

Möhtərəm cənab Prezident, biz hər zaman dualar edirik ki, Vətənimizin taleyinə Zati-aliniz kimi müdrik, mənəvi dəyərlərə önəm verən, bizlərə həyatın bütün sahələrində fəxarət doğuran anlar yaşadan dövlət başçısı qismət olmuşdur. Sizin hər zaman xüsusi önəm verdiyiniz multikulturalizm və İslam həmrəyliyi ideyalarının dünyaya məhz Vətənimiz Azərbaycandan təbliğ olunmasından böyük qurur duyuruq.

Biz, bakı şəhərinin keçmiş “Sovetski” adlanan məhəlləsinin sakinləri adından bir daha Zatı-alinizə dərin ehtiramımızı bildirir, Vətənimiz, dövlətimiz üçün dəyərli olan uğurlu fəaliyyətinizə Allah-Təaladan rəvac diləyirik”.

Xəbər 2293 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +