İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


14.04.2017  14:53 

Bakıda 100 mənzilin su sayğacını oğurlayanlar TUTULDU





A+  A-

Vətəndaşların narazılığına səbəb olan su sayğacları oğurluqlarının qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən paytaxtın Nizami rayonu ərazisində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib.
XəzərNews.az xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gürcüstan Respublikasının vətəndaşı Elçin Qurbanov şübhəli şəxs qismində saxlanılıb. Onun əlindəki sellofan torbaya baxış zamanı 5 ədəd su sayğacı aşkar olunaraq götürülüb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq E.Qurbanovla birlikdə Nizami rayonunda su sayğacları oğurlamaqda şübhəli bilinən daha bir nəfər, əvvəllər məhkum olumuş Zaqatala rayon sakini Eldar Xasayev saxlanılıb.
Saxlanılan şəxslər ifadələrində bu ilin yanvar ayından etibarən saxlanılan günə qədər Nizami rayonu ərazisində təxminən 100 mənzilin su sayğacını oğurladıqlarını etiraf ediblər. Onlar oğurladıqları su sayğaclarının mis və latundan olan hissələri Bakı şəhərinin müxtəlif yerlərində olan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər. Onların yaşadıqları mənzilə baxış zamanı külli miqdarda su sayğaclarının qırılmış hissələri aşkar olunub.

E.Qurbanov və E.Xasayevin ətrafında aparılan əlavə əməliyyat tədbirləri nəticəsində onların paytaxtın Nizami rayonundan əlavə eyni zamanda Sabunçu rayonunda vətəndaşlara məxsus su sayğacları oğurladıqları məlum olub.

Qeyd edilən faktlarla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Oğurluq sayğacların metal hissələrini alan qəbul məntəqələri sahiblərinin də müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Sonda Daxili İşlər Nazirliyi əlvan metalların qəbulunu həyata keçirən məntəqə sahiblərinə bir daha xəbərdarlıq edərək bildirir ki, oğurluq yolla əldə olunan əlvan metalların qəbulunu həyata keçirməkdən imtina etsinlər, bu hallarla rastlaşdıqda isə dərhal ərazi polis orqanlarına və ya DİN-in “102” Zəng Mərkəzinə məlumat versinlər. Əks halda həmin qəbul məntəqələri sahibləri barəsində də qanuna uyğun tədbirlər görüləcəkdir.

Xəbər 2186 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +