İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


10.04.2017  15:18 

Yalandan ölüm xəbərini yaymaq cinayətdir?





A+  A-

“Jurnalist ilk növbədə yalan məlumat yaymamalıdır. Xüsusilə də onun yaydığı bu məlumat kiməsə zərər verirsə, o zaman məsuliyyət yaranır”.
XəzərNews.az bildirir ki, bunu Modern.az-a açıqlamasında hüquqşünas, media məsələləri üzrə ekspert Ələsgər Məmmədli deyib.

Ekspert bildirib ki, bu məsuliyyət iki cürdür: etik və hüquqi məsuliyyət.

“Etik məsuliyyət etik kodekslə tənzimlənir. Mətbuat Şurasının da bununla bağlı etik kodeksi var. Bu 2003-cü ildə qəbul edilmiş “Jurnalistlərin etik peşə davranışı haqqında” kodeksidir. Eyni zamanda hüquqi məsuliyyət də “Kütləvi informasiya vasitələri haqqında” qanunda göstərilib.

Orada qeyd edilib ki, jurnalist yalan məlumat yayan başqalarına zərər verməməlidir. Bu baxımdan da jurnalistin yaydığı məlumat hər hansı bir zərər yaradarsa, o zaman jurnalistin məsuliyyəti yaranır. Bu zərər də zərərçəkmiş tərəfindən məhkəməyə verilərək kompensasiya edilə bilər”.

Ələsgər Məmmədli deyib ki, buna misal olaraq , son zamanlar meyxanaçı Kərimin ölümü ilə bağlı yayılan xəbərləri göstərmək olar.

“Həqiqətən də onun anasının bu xəbərdən sonra öldüyü məqam çox vacibdir. Həqiqətən də onun anasının bu xəbərdən sonra öldüyünü biz bilə bilmərik. Bunu ancaq təhqiqatçılar bilə bilər. Amma hər halda bu xəbərin yayılması etik davranış deyil. Bir insanın həyatda ola-ola onun ölüm xəbərini yazmaq, onun yaxınlarını ölüm həddinə gətirib çıxara bilər”.
Qeyd edək ki, mətbuatda məşhur meyxana ustası Kərim Novruzov ölümü ilə bağlı xəbərlər yer alıb.
Bu məlumatın yalan olmasına baxmayaraq, meyxanaçının qohumları xəbəri eşidən kimi söz ustadının evlərinə gediblər.

Onlar mətbuata açıqlamasında meyxanaçının anasının xəstə olduğunu deyiblər. Və bu xəbəri eşitdikdən iki saat sonra Kərimin ölməsinə dözməyib dünyasını dəyişdiyini bildiriblər.

Xəbər 1414 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +