İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


05.04.2017  10:08 

Yeni baş nazir kim olacaq? - Yaxın günlərdə təyinat gözlənilir





A+  A-

Ötən il sentyabrın 26-da keçirilmiş referendumda təsis edilən vitse-prezident postlarına təyinatlar bugünlərdə gerçəkləşəcək.
XəzərNews.az xəbər verir ki, bu haqda məlumatı “Yeni Müsavat” yayıb. Qəzet bildirir ki, vitse-prezidentlərin təyinatı ilə paralel olaraq iki strukturda - Nazirlər Kabinetində və Bakı Şəhər İcra Hakimiyyətində ciddi dəyişikliklər gözlənilir.

Qəzetə bu haqda informasıya verən mənbə baş nazir Artur Rasizadə ilə bərabər onun fövqəladə hallar üzrə müavini Abid Şərifovun da öz postunu itirəcəyini iddia edib: “Kənd təsərrüfatını kurasiya edən İsmət Abbasovun da baş nazirin müavini statusunu itirəcəyi gələn xəbərlər sırasındadır”.

Qəzet yazıb ki, birinci vitse-prezidentin kurasiya edəcəyi Nazirlər Kabinetində idarəçiliyə kimin gətiriləcəyi də yəqinləşib: “Bildirilir ki, kabinetə başçılığın baş nazirin birinci müavini Yaqub Eyyubova həvalə edilməsi daha real görünür. Amma hazırda işləyən nazirlərdən daha iki nəfərin də adı baş nazir iddiaçıları sırasındadır”.

Xəbərdə o da qeyd olunub ki, Bakı meriyasının tabeliyindəki ləğv ediləcək idarələrin siyahısı da hazırlanıb. Belə ki, Mənzil Kommunal və Texniki Xidmət Sahələri, Ticarət və Xidmət Departamenti, Yaşıllaşdırma Təsərrüfatı Birliyi, Memarlıq və Şəhərsalma Baş İdarəsi, Mənzil-Kooperativ Təsərrüfatı İdarəsindən başqa digər strukturlar ya birdəfəlik ləğv olunacaq, ya da birləşdiriləcək. Bu struktur dəyişikliyindən sonra isə Bakının yeni icra başçısının təyinatı gerçəkləşəcək.

Bununla bərabər xəbərdə Hacıbala Abutalıbovun BŞİH-nin rəhbərliyindən gedəcəyi də qeyd edilib.

Xəbər 1128 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +