İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


16.03.2017  14:08 

İntihar edən müəllim “Tərəqqi” medalı almışdı - Şok təfərrüat





A+  A-

Xəbər verdiyimiz ki, martın 14-də axşam saatlarında Sumqayıt şəhərində intihar hadisəsi qeydə alınıb. Belə ki, 59 yaşlı Sumqayıt şəhər sakini Adıgözəlov Sabir Dadaş oğlu 38 saylı orta məktəbin həyətində özünü asıb.
XəzərNews.az xəbər verir ki, Xeberle.com saytına S. Adıgözəlovun intiharının bəzi təfərrüatları məlum olub. Mərhumun yaxınlarının verdiyi məlumata görə, 59 yaşlı müəllim 20 il imiş ki, ailəsindən ayrılaraq tək yaşayıb. Onun tənha yaşamağı sağlamlığına, xüsusilə də əsəb sisteminə mənfi təsir göstərib. Sabir Adıgözəlovun psixi problemləri yaranıb. O,dəfələrlə özünü öldürməyə cəhd edib. Son anda yaxınları onu ölümdən qurtarıb. Sonuncu dəfə -bu il martın 10-da Sabir dərman içərək canına qəsd etmək istəyib. Bu dəfə yaxınları vaxtında ona mane ola biliblər. Sözügedən şəxsi Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıblar. Sabirin mədəsi burada yuyulub və onun həyati təhlükəsi sovuşub.

Martın 14-də axşam saatlarında isə Sabir özünü öldürmək istəyini reallaşdırıb. Bu dəfə yaxınları onu ölümdən qurtara bilməyiblər. Belə ki o, axşam saatlarında xəstəxanadan döşəkağını götürərək qaçıb. Yaxınlıqda 38 saylı məktəb olduğundan mərhum təhsil müəssisəsinin həyətinə gələrək metal borudan döşəkağı ilə özünü asıb. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

Uzun müddətdir cüdo idman növü üzrə müəllim kimi fəaliyyət göstərən S. Adıgözəlov Sumqayıt idmanının yetirməsi və ötən il XV Yay Paralimpiya Oyunlarının bürünc medalını qazanan Rövşən Səfərovun ilk müəllimi olub. Xatırladaq ki, tələbəsinin bu uğuruna görə S. Adıgözəlov ötən ilin oktyabr ayında Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.

Xəbər 1010 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +