İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


08.12.2023  15:14 

Ersin Tatar Qırğızıstan səfərindən danışdı





A+  A-

Paytaxt Bişkekdə müxtəlif görüşlər keçirən Şimali Kipr Türk Respublikasının (ŞKTC) prezidenti Ersin Tatar fəxri qonağı olduğu Qırğızıstan-Türkiyə Manas Universitetinin (QTMU) ev sahibliyi etdiyi "Qırğızıstanda Enerji İnvestisiyaları və Əməkdaşlıq Konfransı"nda iştirak edib.

Xəzərnews.az xəbər verir ki, Prezident konfransdan sonra mətbuata açıqlama verib.

Qırğızıstana səfərinin çox mənalı olduğuna diqqət çəkən ŞKTC prezidenti Tatar deyib:

"Qırğızıstanla əlaqələr tədricən inkişaf edəcək. Hər şeyin başlanğıcı var. Bu başlanğıc bizi gələcəkdə daha böyük əməkdaşlığa aparacaq".

Qırğızıstan prezidenti Çaparovla görüşündə Kipr məsələsini və adadakı son vəziyyəti bölüşdüyünü ifadə edən prezident Tatar, ilk dəfə Qırğızıstanda Caparovla görüşməkdən məmnun olduğunu dilə gətirib.

Prezident Ersin Tatar, rabitə əsrində Qırğızıstanla əlaqələrdəki bütün maneələrin texnologiya ilə aşıldığını ifadə edib. O, təhsil, turizm, ticarət və iqtisadi sahələrdə əməkdaşlıq edilə biləcəyini vurğulayıb.

Xəbər 373 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +