İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


31.10.2023  14:24 

Diasporumuz Ukraynadakı “Azərbaycan evi”ni bərpa etdi - Foto/Video





A+  A-

Ukraynanın paytaxtı Kiyev şəhərində aylardır bağlı qalan “Azərbaycan evi” fəaliyyətini bərpa edib. Bu barədə Ukrayna Azərbaycanlıları Radası və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) ayrı-ayrılıqda keçirilən İdarə heyətlərinin iclasında qərar verilib. Qeyd olunub ki, “Azərbaycan evi”nin bütün borcları daxil olmaqla ofisin saxlanma və icarə xərcləri UABD tərəfindən ödəniləcək. Həmçinin bir neçə gün əvvəl binanın qarşısından endirilən Azərbaycan və Ukrayna bayraqları UABD-nin İdarə Heyəti və vilayətlərdən gələn təşkilat rəhbərlərinin iştirakı ilə əvvəlki yerinə qaytarılıb.

Xəzərnews.az xəbər verir ki, İdarə Heyətinin üzvləri - alimlər, iş adamları və Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edən azərbaycanlılar 10 ildir diasporun istifadəsində olan, hamı tərəfindən tanınan ofisin bağlanması ilə razılaşmadıqlarını ifadə ediblər.

Qeyd olunub ki, Ukrayna-Azərbaycan münasibətlərinin inkişafında, Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılmasında xüsusi rolu olan “Azərbaycan evi”nin bağlanması qətiyyən yolverilməzdir.

Diaspor üzvlərinin fikrincə, Qarabağda aparılan uğurlu antiterror əməliyyatlarından sonra ölkəmizə qarşı təhdidlərin artdığı bir zamanda isə belə bir halın baş verməsi qəbuledilməzdir.

Bildirilib ki, hər zaman Azərbaycan dövlətinin yanında olan, Prezident İlham Əliyevin diaspor siyasətini dəstəkləyən UABD üzvləri bundan sonra da məhz bu məkanda eyni xətti davam etdirəcəklər.

Əlavə olunub ki, “Azərbaycan evi”nin qapısı Azərbaycan dövlətinin maraqları naminə fəaliyyət göstərən bütün yerli təşkilatlara və soydaşlarımıza açıqdır.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi bütövlükdə 2023-cü ildə “Azərbaycan evi”nin icarə haqqını və saxlanma xərclərini ödəməyib. Cari ilin iyul ayından isə ofisin sahibi tərəfindən binanın giriş qapısı bağlanılıb, üzərindəki “Ukrayna Azərbaycanlıları Radası” lövhəsi çıxarılıb.













Xəbər 994 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +