İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


27.10.2023  12:47 

Tanınmış nəğməkar-şair Vilayət Eyvazova təşəkkür edib





A+  A-

Tanınmış nəğməkar-şair Cəlal Qurbanov daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova təşəkkür edib.

Xəzərnews.az bildirir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

C.Qurbanov Daxili İşlər Nazirliyinin iş prinsiplərindəki şəffaflıq, cəsarət, disiplin, vətəndaşa xidmət, müraciətlərə operativ reaksiya, asayişin qorunmasına həssaslıq, təhlükəsizlik səviyyəsinin yüksəlməsi, ən əsası Vətənin bütövlüyünün qorunmasında DİN əməkdaşlarının fəal iştirakının təşkil olunması işlərinin göz qabağında olduğunu yazıb:

“Bu mənada sizə vətənsevər kimi bir daha təşəkkürümü bildirir, timsalınızda qurumun bütün əməkdaşlarına möhkəm can sağlığı və nailiyyətlərin davamını arzu edirəm.

Təəssüf ki, hər bir vətəndaş kimi mən də narahatçılığıma səbəb olan bəzi cinayət əməllərinə məruz qalmış və nə yaxşı ki, onlarla mübarizənin ən doğru yolunu Daxili İşlər Nazirliyinə müraciət etməkdə görmüşəm. Artıq neçə ildir ki, kiber cinayətlə məşğul olan bir və bir neçə insanın hədəfinə çevrilmiş, işgüzar və ictimai nüfuzuma xələl gətirən bu şəxslərin əsl kimliyini üzə çıxarılmasında çətinliklə qarşılaşmışdım.

Yalnız sizə müraciət etdikdən sonra, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi sayəsində bu şəxslərin müəyyən insanlar tərəfindən yönləndirildiyinin aşkara çıxmasına müvəffəq olmuş, fake profillərlə gizlənən kiber cinayət əməllərinin gizli qalmadığı həmin şəxslər üçün dərs olmuşdur.

Mənim şəxsən sizə etdiyim müraciətdən sonra qısa müddət ərzində aşkara çıxan bütün məqamlara görə dərin minnətdarlıq hissilə sizə təşəkkür edir və kiber cinayətə məruz qalan bütün vətəndaşları ən doğru ünvan olan Daxili İşlər Nazirliyinə müraciətə çağırıram. Bir daha əmin oldum ki, polisimiz bizim həm fiziki, həm də mənəvi təhülkəsizliyimizin keşiyindədir. Allah Azərbaycan polisini qorusun!”.

Xəbər 448 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +