İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


21.10.2023  09:54 

“Azərsu”nun 40 milyonluq tenderinin qalibi - Sabiq məmurun xanımı...





A+  A-

“Azərsu” ASC-nin keçirdiyi iki tender müsabiqəsinin qalibi “Nardaran İnvest” MMC, “Eren İnşaat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycandakı Filialı və Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC birgə müəssisəsi olub.

Xəzərnews.az Yeniavaz.com-a istinadən xəbər verir ki, “Azərsu” ASC hər iki tender üçün toplam 39 milyon 959 min 568 manat 8 qəpik ödəyəcək.

Belə ki, “Azərsu” ASC Ceyranbatan-Maştağa-Nardaran magistral su kəmərinin bir hissəsinin və bir ədəd su anbarının tikintisi işlərinin satın alınmasına görə 25 milyon 132 min 868 manat 39 qəpik, “Pirşağı-Bilgəh” şərq kanalizasiya kollektorunun tikintisi işlərinin satın alınmasına görə isə 14 milyon 826 min 699 manat 69 qəpik ödəyəcək.
Qeyd edək ki, “Nardaran İnvest” MMC-nin Azərbaycanın Xalq artisti Emin Ağalarova məxsus olduğu bildirilir.

KİV-də Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC-nin isə əsas səhmdarlarından (12%-dən çox paya sahib) biri 1995-2018-ci illərdə Azərbaycanda Baş nazirin müavini olmuş Abid Şərifovun həyat yoldaşı Şərifova Sədayə Yaqub qızı olduğu yazılıb.

Xəbər 503 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +