İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


10.10.2023  18:02 

Vitali Balasanyan Ermənistana qaçıb





A+  A-

Özünü buraxdığını elan etmiş Qarabağdakı qondarma rejimin “Təhlükəsizlik Şurasının keçmiş katibi” Vitali Balasanyanın artıq Ermənistanda olduğu bildirilir.

Bu barədə separatçı rejimin “deputatı” olmuş Metaxe Akopyan məlumat verib.

“Onun artıq Ermənistanda olması ilə bağlı məndə məlumat var, lakin hələ ki, onunla əlaqə saxlamamışam”, - Akopyan qeyd edib.

Xatırladaq ki, yaxın günlərdə Azərbaycanın hüquq-mühafizə orqanları qondarma rejimin keçmiş “rəhbərlərini”, eləcə də burada “yüksək vəzifə tutmuş” bir sıra şəxsləri saxlayaraq məsuliyyətə cəlb edə bilib.

Qeyd edək ki, Vitali Balasanyan 1988-ci ildən etibarən Azərbaycan Respulikasının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində separatizmin qızışdırılmasında və terror aktlarının təşkilində, etnik təmizləmənin aparılmasında, Xocalı soyqırımının törədilməsində yaxından iştirak edib, çoxsaylı müharibə cinayətləri törədib. Sonradan Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində yaradılmış separatçı rejimin “müdafiə nazirinin müavini” və “təhlükəsizlik şurasının rəhbəri” olub.Yeniavaz.com

Xəbər 1590 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +