İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


20.07.2023  11:29 

Azərbaycan aktiv enerji diplomatiyası yürüdür - ŞƏRH





A+  A-

Bu il yanvar ayında Macarıstana səfər zamanı Prezident İlham Əliyev vaxtilə tarixə qovuşmuş sayılan "Nabukko" layihəsinin canlandırıldığını açıqlamışdı.

Sözügedən layihə Yaxın Şərq və Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının Avropaya nəqlini nəzərdə tuturdu. 2008-ci ildə Türkiyənin ozamankı xarici işlər naziri Ali Babacanın Rusiya-Gürcüstan müharibəsindən sonra layihənin Ermənistandan keçməklə çəkilə biləcəyi haqda açıqlamasına Azərbaycan tərəfi sərt reaksiya vermiş, 2010-cu ildə Kürdüstan regionu təbii ehtiyatlar naziri Ashti Havrami isə Avropanın tələbat duyduğu lazımi alternativ qazın yarısını qarşılamağa hazır olduqlarını bəyan etmiş, Türkmənistandan çəkilə biləcək Transxəzər kəmərinin razılaşdırılması mümkün olmamış, Tehran isə Avropa ilə danışıqlardan çəkilmişdi. Beləcə, əsas alternativ enerji mənbəyi ola biləcək ölkələrin layihənin yerinə yetirilməsində maraqlı olmadığı aydınlaşmışdı.

Bundan sonra Azərbaycan Prezidenti uzun müddət açıqlamalarında dövlətimizin Avropa üçün yeganə alternativ enerji mənbəyi olduğunu bildirirdi. TAP və TANAP layihələri faktiki olaraq “Nabukko”nu əvəz etmişdi.

Cari ilin əvvəllərində İsrail səfirinin Azərbaycan mediasına verdiyi müsahibədə Yaxın Şərq qazının məhz TAP və TANAP vasitəsilə nəqli perspektivlərinin nəzərdən keçirildiyi deyilirdi.

O illərin təcrübəsini nəzərə alan Azərbaycan aktiv enerji diplomatiyası yürüdür. Son bir ildə Avropanın enerji təchizatında rol alan mənbə ölkələrin hər biri ilə - Əlcəzair, Misir (Misir, eyni zamanda vətəndaş müharibəsi ilə parçalanmış Liviyada tərəflərin qəbul etdiyi əsas arbitrdir), İsrail, Mərkəzi Asiya və Körfəz dövlətləri, Şimali İraq regional hökuməti ilə atılacaq addımları uzlaşdırmağa çalışır; rəqabət deyil, əməkdaşlıq təklif edir. Əslində Tehranla ötən il razılaşdırılmış svop qaz anlaşması da bu diplomatiyanın davamı idi. Tehran mediası həmin anlaşmanı məhz Avropanın alternativ enerji mənbəyi olmaq yolunda mühüm addım kimi qiymətləndirirdi. Təəssüf ki, onu blokadadan çıxarmaq üçün edilən təşəbbüslər sonradan Arazdan cənubundakı rejimin xroniki yanlışları üzündən yarımçıq qaldı.

Şimali İraqdakı regional hökumətin rəsmi nəşri olan “Rudaw”ın təqdim etdiyi son təhlillərdə də Bakı, Bağdad və Ərbil arasında intensivləşən əməkdaşlığın bir hədəfinin də “Nabukko”nu canlandırmaq, Avropanın enerji təchizatında Azərbaycanla bərabər iştirak etmək olduğu vurğulanır.

Cəmaləddin Quliyev
Siyasi şərhçi



Xəbər 610 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +