İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


20.06.2023  13:25 

Azərbaycan brendi altında Ukrayna şəkər tozları...





A+  A-

Son vaxtlar ölkədə şəkər tozu qıtlığı yaşanır. Paytaxtla yanaşı, rayonlarda yerləşən market və mağazalarda da şəkər tozu tapılmır.

Buna səbəb olaraq Ukraynadan şəkər idxalının dayandırılması göstərilir.

Bəs, mövcud vəziyyət şəkər tozunun qiymətinin artmasına səbəb ola bilərmi?

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlamasında bildirib ki, idxalla bağlı problemlər şəkər qıtlığının əsas səbəblərindəndir:

“Bəzi insanlar elə bilirdi ki, Azərbaycan brendi adı altında çıxan şəkər tozları yerli istehsaldır. Lakin belə deyildi. Şəkər tozu Ukraynadan açıq şəkildə vaqonlarla gətirilirdi.

800 qr, 1 kq və daha böyük həcmdə qablaşdırılırdı. İndi isə Ukraynadan şəkər gətirilməsi dayandırılıb. Rusiyadan idxalla bağlı problemlər də var. Rusiya daxili bazarı qorumaq üçün şəkər tozunun rüsumlarını artırıb. Ona görə də müəyyən qıtlıq müşahidə olunur. İmişlidə şəkər zavodu olsa da, tələbatı ödəyə bilmədi. Ona görə də xaricdən asılılıq var”.

İqtisadçının sözlərinə görə, vətəndaşların konservləşdirmə işləri də qıtlığa səbəb olur.

Eyni zamanda, topdan satış şirkətləri tələbatı nəzərə alaraq qiymət artımına gedirlər:

“Qəribə səslənsə də, indi mürəbbə mövsümüdür. İnsanlar qışa hazırlıq üçün müxtəlif meyvələri konservləşdirirlər. Bu zaman da tələbat artır. Müəyyən topdansatış şirkətləri də bunları nəzərə alaraq şəkər tozunu bir müddət sonra baha qiymətə bazara çıxara bilərlər. Bu proses hələ sentyabr ayına kimi davam edəcək. Əlbəttə ki, iqtisadi qanunlar da işə düşür. Tələbat artdıqca, qiymətlər də artır”.

Xəbər 879 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +