İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


28.04.2023  20:43 

“Çevik Ekspertlər Qrupu” Koalisiyasının birgə layihəsi davam edir





A+  A-

“Azərbaycan Uşaqları” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 01 mart 2023-cü il tarixdən “Regionlarda gender əsaslı zorakılıq və məişət zorakılığı əleyhinə mübarizə sahəsində təşəbbüs qruplarının yaradılması” layihəsi davam edir.

XəzərNews.az xəbər verir ki, layihə “Çevik Ekspertlər Qrupu” Koalisiyasının birgə fəaliyyəti əsasında icra olunur. Layihənin icrasında iştirak edən tərəfdaş təşkilatların adları aşağıdakılardır:

1. ”Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi
2. “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi
3. ”İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyi
4. ”Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi
5. “Azərbaycan Uşaqları” İctimai Birliyi

Füzuli rayonunda 25 aprel 2023-cü il tarixindən başlayaraq 3 günlük təlimlər keçirilib

Təlim iştirakçıları 3 gün ərzində Azərbaycan Konstitusiyası, Beynəlxalq Konvensiyaların ratifikasiyası, stereotiplər, cinsi mənsubiyyətə görə ayrı seçkiliyə yol verilməməsi, Məişət zorakılığı haqqında Qanun, zorakılıqdan müdafiə üçün mövcud olan alətlər, insan alveri haqqında qanun, insan alverinin formaları, cavab mexanizmləri və digər mövzuları öyrənib, diskussiyalar apararaq, eləcə də simulyativ oyunların qrup işlərinin aktiv iştirakçısı olub.

Təlim zamanı iştirakçılar AUİB-nin “Zorakılıq” filmini izləyərək,filmin müzakirəsini edib.

Təlimdə Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşları (Arayatlı bələdiyyəsi, Aşağı Yağlıvənd bələdiyyəsi, Şükürbəyli kəndi,Mollaməhərrəmli kəndi, Mahmudlu kəndi, ictimai fəallar, müəllim, psixoloq, icra nümayəndəliklərinin əməkdaşları, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları, Füzuli rayon Təhsil şöbəsinin əməkdaşları, Horadiz şəhəri- məktəb müəllimləri, psixoloq, Füzuli Qadın Resurs Mərkəzinin əməkdaşları eləcə də rayonunun TƏBİB mütəxəssisi iştirak edib.

Təlimdə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə layihənin koordinatoru, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova layihənin eksperti, “Vətəndaş“ Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova, “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin sədri Məleykə Əlizadə təlimçi olaraq iştirak edib.

3 günlük təlimin yekununda iştirakçılar sertifikatlarla təltif olunub.

Xəbər 598 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +