İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


20.02.2023  17:14 

“Ölkədən qaçmamışam....” - Sabiq rektor danışdı





A+  A-

“Mənim ölkədən qaçmağım barədə deyilənlər yalandır, hal hazırda evdə oturmuşam. Məhkəməyə də ona görə getməmişəm ki, bu barədə mənə hər hansı rəsmi bildiriş gəlməyib”.

XəzərNews.az xəbər verir ki, bu sözləri gununsesi.info-ya eksklüziv açıqlamasında Bakı Slavyan Universitetinin keçmiş rektoru, YAP Qadınlar Şurasının sabiq sədri Nurlana Əliyeva bildirib.

Qəyd edək ki, Bakı Slavyan Universitetinin vəzifəli şəxslərinin işi ilə bağlı Bakı Ağır Cinayətlər məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs Durdanə Əliyeva sabiq rektoru Nurlana Əliyevanı ittiham edib. O, bildirib ki, bu cinayətləri tək başına törətməyib və onunla bərabər Nurlana Əliyeva da məsulliyətə cəlb olunmalıdır.

Qeyd edək ki, bir neçə dəfə məhkəmə çağırışlarına məhəl qoymayan Nurlana Əliyeva prosesə gedmədiyi üçün onun barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

Bu gün isə məhkəmədə bildirilib ki, Nurlana Əliyeva ölkədən çıxıb, onun məhkəməyə gətirilməsi mümkün olmayıb.

Ancaq Nurlana Əliyeva bu iddiaları təkzib edib:

“Mən hazırda evimdə oturmuşam, mən aydan arı, sudan duruyam. Mənim heç bir günahım yoxdur, mənə rəsmi bildiriş göndərsinlər və gedim şahid qismində ifadəmi verim”.

Xəbər 558 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +