İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


10.12.2022  13:57 

Dostuna “Nar”dan hədiyyə göndər





A+  A-

İndi “Nar” abunəçiləri öz yaxınlarına hədiyyə internet meqabaytları göndərə bilərlər. “Dostuna “Nar”dan hədiyyə göndər” kampaniyası çərçivəsində bütün “Nar” abunəçilərinin öz yaxınlarına 100 MB internet hədiyyə göndərib sevindirmək imkanı var. Bu kampaniyadan istifadə edib dostlarınıza xoş sürpriz etmək tamamilə pulsuzdur.

XəzərNews.az xəbər verir ki, kampaniyadan yararlanmaq üçün hədiyyə yollamaq istədiyiniz dostunuzun nömrəsini SMS-lə 760-a göndərmək və ya *760#nömrə#YES şifrəsini yığmaq kifayətdir. Hədiyyə olunmuş meqabaytların istifadə müddəti 5 gündür.

Qeyd edək ki, abunəçi kampaniya müddətində yalnız bir dəfə hədiyyə göndərə bilər, lakin alına biləcək hədiyyələrin sayı məhdudlaşdırılmır. Kampaniya 12 dekabr saat 23:59-a qədər aktivdir.

Hər zaman müştəri yönümlülük strategiyasına əsaslanan layihələri ilə abunəçilərini sevindirən “Nar”ın cari kampaniyaları ilə buradan tanış ola biləriniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Xəbər 565 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +