İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


18.11.2022  18:53 

70 milyon manata yaxın əmlakına həbs qoyuldu





A+  A-

"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun məhkəməsi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədovanın sədrliyi ilə keçirilən iclasda sənədlər tədqiq olunub. İş adamının vəkili Zibeydə Sadıqova "Qafqazinfo"ya açıqlamasında bildirib ki, bu günki prosesdə hakim R.Məmmədov və yaxınlarına məxsus üzərinə həbs qoyulmuş əmlakların siyahısını açıqlayıb.

Həmin əmlaklar bunlar olub:

- Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovaya məxsus Badamdar qəsəbəsində yerləşən Bakı Oksford Məktəbi (22,5 milyon manat)
- Sumqayıt şəhəri, "Kimyaçılar" qəsəbəsində yerləşən şirkət və torpaq sahəsi (31 milyon manata yaxın)
- Mərdəkan qəsəbəsində yerləşən iki bağ evi (550 min manat)
- Sabunçu rayonunda yerləşən iki mağaza (120 min manat)
- Yasamal rayonunda yerləşən qeyri-yaşayış sahəsi (2 milyon manat)

R.Məmmədov üzərinə həbs qoyulmuş evlərdən birini (Nəsimi rayonunda, "Təzə bazar"ın yaxınlığında yerləşən) Xalq artisti Aygün Kazımovadan aldığını deyib. Prosesdə qeyd olunub ki, təqsirləndirilən şəxsin yaxınlarına daha bir neçə əmlakın üzərinə də həbs qoyulub. Əmlakların ümumi dəyəri 70 milyon manata yaxın qiymətləndirilib.

Vəkil Z.Sadıqova qeyd edib ki, proses zamanı əmlakların üzərinə həbs qoyulmasının əsassız olduğunu bildiriblər. Belə ki, həmin əmlakların cinayət yolu ilə əldə olunmasına dair heç bir sübut olmayıb.

Qeyd edək ki, Bakı Oksford Məktəbi Bakıda ən bahalı özəl məktəblərdən sayılır. Burada təhsil ingilis dilindədir və əsasən nüfuzlu şəxslərin övladlarının oxuduğu məktəb kimi tanınır.

Məhkəmə noyabrın 21-də davam edəcək.

Xatırladaq ki, R.Məmmədov 2021-ci ildə DTX-nin keçirdiyi əməliyyatla həbs olunub. O, 185 milyon manatlıq yeyintidə ittiham olunur.

Xəbər 445 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +