Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada


14.08.2022  10:26 

50 ilin binaları sökülür, 80 ilin binasına baxan yox...





A+  A-

Yüzlərlə sakinin yaşadığı 57 il öncə tikilən yaşayış binaları yeni hündürmərtəbəli binalarla əvəzlənir.

XəzərNews.az xəbər verir ki, paytaxtın Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşən, istismar müddətini başa vurmuş binaların sökülməsinə başlanılıb.

Sakinlərin sözlərinə görə, tikintini aparacaq şirkətlə razılığa gəlinərək, müqavilələr bağlanıb.

Təəssüf ki, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə mövcud olan və 100 ildən çox yaşı olan iki mərtəbəli binalara baxan yoxdur.

Belə ki, Səbail rayonunun Arif İsmayılov küçəsindəki 5 binanın sakinləri illərdir qəzalı vəziyyətdə yaşamaq məcburiyyətindədirlər.

Çox maraqlıdır ki, məsələn, Nizami rayonunda sökülən binaların istismar müddəti başa çatdığı üçün söküldüyünü iddia edənlər insanları aldadırlar. Əslində, həmin binalar istismar müddəti başa çatdığı üçün yox, yaxşı yerdə yerləşdiyi üçün sökülür. Sökülür ki, 5 mərtəbənin yerində 16 mərtəbəli bina tikib pul qazansınlar. Əgər belə olmasaydı Səbail rayonunda qeyd etdiyimiz ünvandakı binaları da söküb əhalini potensial təhlükədən xilas edərdilər.

Yusif Əli

Xəbər 1469 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.05.2024  12:35 

Sabahın havası açıqlandı

23.05.2024  11:31 

İrakli Şotadze istefa verib

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO


BÜTÜN XƏBƏRLƏR +