İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


06.09.2021  19:42 

ABŞ Əfqanıstana yenidən qayıdır?





A+  A-

Ötən həftə sonuncu ABŞ əsgərlərinin bölgədən çıxarılması ilə ABŞ-ın Əfqanıstandakı 20 illik varlığı sona çatdı. ABŞ-ın respublikaçı senatoru Lindsey Graham mövzu ilə əlaqədar açıqlamalar verərək, Amerika ordusunun yaxın gələcəkdə Əfqanıstana dönə biləcəyini söyləyib.
XəzərNews.az xəbər verir ki, senator Baydenin geri çəkilmə əməliyyatı ilə əlaqədar bütün tövsiyələrə məhəl qoymadığını iddia edərək, ABŞ-ın Əfqanıstana qayıtmaqdan başqa çarəsi olmadığını söyləyib.

"Başqa çarəmiz yoxdur, Əfqanıstana qayıdacağıq" - L.Graham qeyd edib.

Vaşinqton idarəçiliyinin həqiqətən taliblərin de-fakto nəzarəti altında olan ölkəyə qayıtmaq istəyəcəyi ilə bağlı suala Graham belə cavab verib: "Terror təhlükəsi artacağı üçün sonda məcbur olacağıq. Bu bölgə ekstremist qruplar üçün cəlbedicidir. Əl-Qaidə terrorçuları oranı sığınacaq halına gətirə bilər".

Tarixi geri çəkilmə problemi səbəbiylə ABŞ Prezidenti Co Baydenin vəzifədən getməsini tələb edən Graham, 11 sentyabr hadisəsinin təkrarlana biləcəyinindən narahatlığını ifadə edib.

Xəbər 1675 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +