İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


02.09.2021  18:26 

Təhlükəli hidrometeoroloji hadisə ilə bağlı - Xəbərdarlıq





A+  A-

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq daxil olub.
XəzərNews.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Xəbərdarlıqda bildirilir ki, bu gün axşam saatlarından başlayaraq Xəzər dəniz akvatoriyasında Şimal-Qərb, Şimal küləyinin 13 – 18, arabir 20 – 23, sentyabrın 3-ü axşamdan 4-ü səhərə kimi 18 – 23, arabir 25 – 30 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün isə 2.0 – 3.0, sonrakı inkişafda 4.0 – 6.0 metrə çatacağı proqnozlaşdırılır.

Qeyd edək ki, bu gün hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb.

Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib.

Bununla yanaşı, hava şəraitinə uyğun olaraq gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin olunur. Milli Mərkəzin təcrübəli kapitanları tərəfindən gəmilər müvafiq lövbər sığınacaqlarına yerləşdirildikdən sonra da onların təhlükəsiz lövbərdə durma prosesi radarlar vasitəsilə fasiləsiz olaraq nəzarətdə saxlanılır.

Hava şəraitinə uyğun olaraq Milli Mərkəz tərəfindən gəmilərin hərəkətinə və limanlara giriş-çıxışına icazə verilməsi, hərəkətin məhdudlaşdırılması, limanların bağlanması barədə tədbirlər görülür.

Bu gün, həmçinin, dənizdə neft – qaz platformalarının aid olduğu qurumlar hava xəbərdarlığı ilə bağlı məlumatlandırılıb. Hər zaman olduğu kimi, bu gün də Azərbaycanın sahilboyu ərazilərində son naviqasiya və rabitə stansiyaları tam gücü ilə çalışır.

Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi nəzarət etdiyi ərazidə mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.

Eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi növbə xidmətləri, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin müvafiq növbətçi xidməti, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və BP şirkətinin müvafiq qurumları ilə mütəmadi qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir.

Xəbər 2369 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +