İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


13.07.2021  12:43 

“Taliban” Türkiyəni hədələdi





A+  A-

“Taliban” hərəkatı yenidən Türkiyəni Əfqanıstanı tərk etməyə çağırıb.
XəzərNews.az xəbər verir ki, bu haqda məlumat “Taliban” hərəkatın yaydığı bəyanatda yer alıb.

Bəyanatda deyilir ki, Türkiyə rəhbərliyinin öz hərbi qüvvələrini Əfqanıstanda saxlamaq istəməsi ilə bağlı qərarı “Taliban” nümayəndələrində nifrət və düşmənçiliyə səbəb olub.

“Türkiyə rəhbərliyinin bu qərarı qeyri-ciddi addımdır və xalqımızın suverenliyinə, regional təhlükəsizliyə və milli maraqlara ziddir”, - deyə bəyanatda bildirilir.

“Taliban”, həmçinin Türkiyəni qərarından vaz keçməyəcəyi təqdirdə nəticələrə görə məsuliyyət daşıyacağı ilə bağlı təhdid də edib.

Bununla belə, “Taliban” hərəkatının rəsmi sözçüsü Zabihullah Mucahid deyib ki, NATO və ABŞ qüvvələri yayda ölkəni tərk etdikdə Türkiyənin hərbi qüvvələri də Əfqanıstandan getməlidir.

O qeyd edib ki, Türkiyə qüvvələri ölkəni tərk etmədiyi halda “işğalçı qüvvə” hesab olunacaq və onlara qarşı tədbir görüləcək.

“Türkiyə son 20 ildir ki, NATO ilə birgə Əfqanıstandadır və əgər getmək istəmirsə, şübhəsiz biz onu işğalçı olaraq qəbul edirik və ona qarşı hərəkət edəcəyik”, - deyə Z. Mucahid bildirib.

Qeyd edək ki, hazırda Türkiyə və ABŞ Ankaranın Kabul beynəlxalq Hava Limanında 500-ə qədər əsgərin qalması ilə bağlı təklifini müzakirə edirlər. Bu qüvvələrin əsas missiyası NATO qüvvələri getdikdən sonra xarici diplomatik missiyaların təhlükəsizliyini təmin etmək olacaq.

Qeyd edək ki, NATO qüvvələri avqust ayının sonuna qədər Əfqanıstanı tərk etməlidirlər.

Xəbər 1680 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +